İstifadəsinə göstərişlər:
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi və profilaktikası.
Əks göstərişlər:
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq və dözümsüzlük olduqda.
- 18 yaşa qədər uşaqlar.
- Ağır böyrək çatışmazlığı.
- Ağır qaraciyər çatışmazlığı.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza- birdəfəlik 8 mq təşkil edir, kapsulların yemeklə birlikdə, sutkanın eyni vaxtında qəbul edilməsi tövsiyə edilir. Kapsul 1 stəkan su ilə, bütöv halda udmaq lazımdır.
Böyrək çatışmazlığı olan xəstələrdə:
Yüngül Böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Yüngül böyrək çatışmazlığı olan xəstələrin müalicəsi zamanı başlanğıc doza sutkada 4 mq tövsiyə olunur, müalicənin 1 həftəsindən sonra xəstənin fərdi dözümlülüyündən asılı olaraq doza sutkada 8 mq-a qədər artırla bilər. Ağrı böyrək çatışmazlığı ola xəstələrdə Urorekin istifadəsi məsləhət görülmür.
Qaraciyər çatışmazlığı olan xəstələr:
Yüngül dərcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozaya düzəliş edilməsi tələb olunmur. Hər hansı məlumat olmadığına görə, ağrı qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi tövsiyə olunmur.
Yaşlı xəstələrdə:
Yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur.
Uşaqlarda istifadəsi:
Pediatrik təcrübədə Urorekin istifadəsinə müvafiq qeydlər yoxdur.
Rəylər (0)