İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi və inkişafının qarşısının alınması ( onun ölçülərinin azaldılması ,
xəstəliyin simptomlarının azaldılması , sidik ifrazının yaxşılaşdırılması , sidiyin kəskin ləngiməsinin baş verməsi riskinin və
cərrahi müalicəyə ehtiyacın aşağı düşməsi )
ƏKS GÖSTƏRİŞLƏR :
- tamsulozinə , dutasteridə , 5 – alfa reduktazanın digər inhibitorlarına , yaxud preparatın istənilən digər inqrediyentinə qarşı
yüksək həssaslıq
- qadınlar
- 18 yaşına kimi uşaqlar və yeniyetmələr
- ağır dərəcəli qaraciyər çatışmazlığı
- anamnezdə ortostatik hipotenziya tutmalarının olması
- kataraktaya görə planlaşdırılmışcərrahi əməliyyat
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Duodart preparatının qadınlarda istifadəsi əks göstərişdir.
Dutasteridin və ya tamsulozinin ana südü ilə ifraz olunduğu barədə məlumat yoxdur.Qadınlarda dutasteridin istifadəsi məsələsi
öyrənilməmişdir , çünki klinikökü tədqiqatlar ehtimal edir ki , əgər ana hamilə olan zaman dutasterid qəbul etmişsə , DHT –
nindövr edən səviyyəsinin azalması kişi cinsindən olan döllərdə xarici cinsi üzvlərin formalaşmasını poza bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Yaşlı kişilər ( ahıllar da daxil olmaqla )
Sutkada bir dəfə eyni vaxtda qida qəbulundan 30 dəqiqə sonra bir stəkan su ilə 1 kapsul daxilə qəbul edilir.Kapsulları bütöv
halda qəbul etmək lazımdır , omları nə açmaq nə də çeynəmək olmaz , çünki kapsulun içindəki mədə ağız boşluğunun selikli
qişasına toxunduğu təqdirdə , selikli qişada iltihab əmələ gələ bilər.
ƏLAVƏ TƏSİRLƏRİ :
Kliniki tədqiqatlarda aşkarlanmış əlavə təsirlərin tezliyi : tez – tez ≥1/100 – dən <1/1000 – dək , bəzən : ≥ 1/1000 – dən < 1/100
– dək , nadır hallarda : ≥1/10 000 – dən <1/1000 – dək , çox nadir hallarda : <1/10 000 , məlum deyil.
DOZA HƏDDİNİN AŞILMASI :
Dutasteridin tamsulozin hidroxloridlə kombinasiyada qəbulu zamanı doza həddinin aşılmasına dair məlumat mövcud deyildir.
Yumşaq jelatin kapsulun tərkibi
Təsiredici maddə : 1 kapsulda 0.5 mq dutasterid vardır.
Köməkçi maddələr : kapril/kaprin turşusunun mono və diqliseridləri , butilhidroksiltoluol
Kapsulun örtüyünün tərkibi : jelatin , qliserin , titan 4 – oksid , sarı dəmir oksidi
Rəylər (0)