UŞAQLAR VƏ YENİYETMƏLƏR:
Uşaqların və 18 yaşa qədər yeniyetmələrin müalicəsi üçün Tulozin preparatın istifadəsi
göstərilmir, çünki bu yaş qrup xəstələrdə təhlükəsizliyi və effektivliyi üzrə məlumat və tibbi
göstərişlər yoxdur.
ƏGƏR SİZ TULOZİN PREPARATI ( MODİFİKASİYALI AZAD OLUNAN KAPSULLAR ) LAZIM
OLUNDUĞDAN ÇOX MİQDARDA QƏBUL ETMİSİNİZ.
Belə hallarda arterial təzyiqin kəskin enməsi və ürək ritmin tezliyinin qeyri-adi yüksəllməsi
mümkündür, bu isə başgicələnmə ilə müşayiət olunur. Əgər siz lazım olduğundan çox
miqdarda Tulozin kapsulları qəbul etmisinizsə, dərhal həkimə müraciət edin.
TEZ-TEZ RAST GƏLƏN ƏLAVƏ EFFEKTLƏR:
Bəzən: baş ağrısı, ürək döyüntüsünün tezləşməsi, arterial təzyiqin enməsi, hansı ki
başgicəllənmə ilə müşayiət edilir, məsələn oturaq və ya uzanmış vəziyyətlərdən ayağa
durduqda, burnun tutulması və ya burundan gələn ifrazat ( rinit ), ishal, ürəkbulanma,
qusma, qəbizlik, zəiflik hissi, dəri səpgisi, qaşınma, övrə.
Nadir hallarda: bayılmalar ( sinkoplar ), allergik reaksiya əlamətləri kimi yumşaq
toxumalarda ( məsələn, boğazda, dildə ) qəfləti ödem, təngənəfəslik, qaşınma, dəridə
səpgisi, qaşınma, övrə.
ƏLAVƏ EFFEKTLƏR:
Bütün dərmanlar vasitələr kimi bu preparatın əlavə effektləri mümkündür, lakin bu əlavə
effektlər hər xəstədə müşahidə olunmur.
Əlavə effektlərin istifadə edilən parametrləri aşağıdakı kimi müəyyən edilib:
- Çox tez-tez ( 1/10 xəstədə rast gəlir );
- Tez-tez ( 1-10 / 100 xəstələrdə rast gəlir );
- Bəzən ( 1-10 / 1000 xəstələrdə rast gəlir );
- Nadir ( 1-10 / 10000 xəstələrdə rast gəlir );
- Çox nadir hallarda ( 1/10000 xəstədə rast gəlir );
- Tezliyi məlumat deyil: mövcud olan məlumatlara əsasən tezliyini müəyyən etmək mümkün
olmur.
Rəylər (0)