İstifadəsinə göstərişlər:
Triderm, bakteriyaların və ya göbələklərin törətdiyi infeksiyaların artıq mövcud olduğu və ya yaranma şübhəsi olduğu halda kortikosteroidlərlə terapiyaya həssas dermatozların müalicəsində istifadə edilir.
Əks göstərişlər:
Dəri infeksiyaları , həmçinin göbələk mənşəli vaksinlərə qarşı reaksiyalar, dəri xoraları və akne yerli istifadə üçün nəzərdə tutulmuş kortikosteroidlərin istifadəsi üçün əks göstərişdir.
Triderm okklüzion sarğı altında istifadə üçün nəzərdə tutulmayıb.
Triderm selikli qişalara, gözətrafı dəriyə və ya göz yaxınlığındakı sahələrə sürtmək olmaz.
Hamiləlik və laktasiya dövründə:
Hamiləlik
Heyvanlar üzərində tədqiqatlar zamanı kortikosteroidlərin yerli istifadəsi teratogen təsir göstərmişdir. Hamilələrdə istifadəsi barədə məlumat yoxdur.
Laktasiya
Gentamisinin, klotrimazolun və yerli istifadə üçün kortikosteroidlərin ana südünə ifraz olunması barədə məlumat yoxdur, lakin sistem qan axınına daxil olan kortikosteroidlərv həmçinin ana südünə keçir.
Triderm süd vəzilərinə sürtüldüyü zaman ana südü ilə qidalandırma əks göstərişdir.
İstifadə qaydası və dozası:
Gündə 2 dəfə dərinin zədələnmiş sahələrinə nazik qat şəklində çəkmək və yüngülcə sürtmək, bununla belə həm bütün zədələnmiş sahəni, həm də onu əhatə edən sağlam dəri səthini əhatə etmək lazımdır.
Müalicə müddəti həm kliniki baxışın, həm də mikrobioloji müayinələrin nəticələrindən, həmçinin müalicəyə cavabdan asılıdır.
Pəncənin mikozu zamanı daha uzunmüddətli müalicənin lazım olması nəzərdən keçirilməlidir.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply