Terapevtik göstəriş
- Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında
- Rektal müayinədən əvvəl bağırsağın təmizlənməsində
- Qarın boşluğunun rentgenoqrafiyasında
- Doğuş zamani bağırsaqların təmizlənməsində istifadə olunur.
İstifadə qaydası
Kleen Enema imaləsi qəbizliyin yumşaldılmasında işlədici vasitə kimi faydalıdır, eləcə də , bağırsağın sonrakı müalicəsi və diaqnostikası, cərrahi əməliyyat zamanı da bağırsaqların boşaldılmasında istifadə olunur. Kleen Enema imaləsi bağırsağın təhlükəsiz təmizlənməsini və 2-5 dəq. müddətində ağrı hissi və spazmı olmadan tam boşalmasını təmin edir. Kleen Enema imaləsi qəbizliyin yüngülləşməsində də istifadə etmək mümkündür , eləcə də adi imalə kimi rektal müayinəyə hazırladıqda , hamiləlik zamanı , doğuşdan əvvəl və sonrakı dövr , cərrahi müdaxilə zamanı bağırsaqların təmizlnməsində , ümumi cərrahi əməliyyatdan sonrakı terapiyada, nəcis kütləsinin stimulyasiyasında istifadə olunur.
İstidafəsinə göstəriş
Proseduranı aparmaq üçün insana vacib olan vəziyyət : sol tərəf üzrə uzanın və sağ ayağı diz oynağı səviyyəsində qatlayın, ya da diz oynağını döş istiqamətində yuxarı qatlanmış vəziyyətdə saxlayın üzünüzü və qarnınızı aşağı doğru əyin və eləcə də , əllər rahat vəziyyətdə olmalıdır. Hər iki vəziyyət ucluğun anal dəliyə yeridilməsinə şərait yaradır.
İmalənin yeridilməsi
Proseduraya başlamamışdan əvvəl qoruyucu qapağı yağlanmış ucluqdan çıxarın.
Səliqəli və ehmalca ucluğu yuxarıya istiqamətlənmiş şəkildə , göbək istiqamətində düz bağırsağa yeridin. Balonu bütün maye qurtarana qədər sıxın. Sonra ucluğu düz bağırsaqdan çıxarın.
Balonun sıxılması və əməliyyatın başa çatcırılması: Onda bir az maye qala bilər , balonu axıra qədər boşaltmaq vacib deyil, belə ki, onda kicik miqdarda qalmış maye olur ki , bu da lazımi dozanı təmin edə bilər. Bu vəziyyəti o vaxta qədər saxlayın ki , bağırsağı boşaltmaq üçün tam hislər əmələ gəlsin, təqribən 2-5 dəqiqə ərzində
Kleen Enema - nı düzgün və təhlükəsiz istifadə etmək üçün, təyinat tamamilə göstərişə uyğun olmalıdır. Tibb işçisi bilməlidir ki , Kleen Enema imaləsini yeridərkən ucluğu səliqəli və ehmalca göbək istiqamətində salmaq lazımdır.
Kleen Enema imaləsi düz bağırsağın hissi innervasiya çatmamazlığı və bağırsağın deşilmə ehtimalı olduğuna görə ehtiyatla yeridilməlidir.
Dozalanma qaydası:
Uşaqlarda 2 yaşdan yuxarı : Böyüklər üçün olan dozanın yarısı (təqribən 60ml) və ya müalicə həkiminin məsləhəti əsasında.
Kleen Enema imaləsi yeridildikdən sonra 5 dəqiqə ərzində bağırsağın boşalmasını təmin edir.
Xüsusi göstərişlər
Əgər ürəkbulanma, qusma və qarında ağrı kimi simptomlar müşahidə olunursa, mayeni tibbi göstəriş olmadan istifadə etmək olmaz. Uşaqlardan qoruyun.
Saxlanma qaydası : Uşaqlar üçün əlçatmaz yerdə saxlayın . 10-30 0 C-də otaq şəraitində saxlayın.
Tərkibi:
Hər 60 ml daxildir :
Təkəsaslı natrium fosfat U.S.P-9,6q
İkiəsaslı natrium fosfat U.S.P-3,6q
Köməkçi maddə:
Natrium benzoat U.S.P , distillə olunmuş su B.Pq.s 135ml
Rəylər (0)