İstifadəsinə göstərişlər:
Disulfiram xroniki alkoqolizmin müalicəsi və residivlərinin profilaktikası üçün köməkçi vasitə kimi istifadə olunur.Disulfiram alkoqolizmi müalicə etmir.Monoterapiya vasitəsi kimi istifadə edildikdə, müvafiq motivasiya və dəstəkləyici müalicə olmadıqda, xroniki alkoqolizmdən əziyyət çəkən şəxslərdə alkoqol davranışına əhəmiyyətli dərəcədə təsir göstərmir.
Əks göstərişlər:
- disulfirama və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq
- ağır dərəcəli qaraciyər çatışmazlığı
- ağır dərəcəli tənəffüs çatışmazlığı
- şəkərli diabet
- ağır dərəcəli böyrək çatışmazlığı
- sinir-psixi pozğunluqlar
- 18 yaşa qədər uşaqlar
- hamiləlik və reproduktiv yaş dövrü
- son 24 saat müddətində spirtli içkilərin və ya tərkibində etanol olan dərman preparatının istifadəsi.
İstifadə qaydası və dozası:
Müalicəni, pasiyenti hərtərəfli müayinə etdikdən və terapiyanın nəticələri və ağırlaşmaları barədə məlumatlandırdıqdan sonra, başlamaq olar.Müalicəyə başlayana qədər 5-7gün müddətində pasiyent alkoqol qəbul etməməlidir, qanda etanolun mövcudluğunu təyin edən test mənfi olmalıdır.
Preparatı daxilə sutkada 1dəfə səhər yeməyi zamanı 500mq-dən artıq olmayan dozada, fərdi sxem üzrə qəbul etmək lazımdır: dozanı tədricən sutkada 250 mq-a və ya 150 mq-a qədər aşağı salmaq lazımdır.Pasiyentin reaksiyasından asılı olaraq, dozanı artırmaq və ya azaltmaq olar.
Rəylər (0)