İstifadəsinə göstərişlər:
Tabeks xronikinikotizm zamanı papirosçəkməni tərgitmək məqsədilə istifadə olunur.
Əks göstərişlər
- təsireidici maddəyə və ya preparatın tərkib hissələrindən istənilən birinə qarşı allergiya
- hamiləlik və laktasiya dövrü
- yaxın vaxtlarda keçırılmış miokard infarktı və ya beyin zərbəsi, qeyri-stabil stenokardiya, ürək ritminin pozulması, arterial hipertenziyanın ağır forması, ateroskleroz.
İstifadə qaydası və dozası:
İlk üç gün ərzində gündə 6 dəfə olmaqla hər dəfə 1 tablet qəbul edilir.Bu günlər ərzində tədricən çəıkilmiş papirosların sayının azalması gözlənilir.Əgər istənilən nəticə alınmırsa müalicə dayandırılır və 2-3 aydan sonra yenidən davam etdirilir.Yaxşı nəticə alındıqda 3-cü gündən sonra müalicə aşağıdakı sxem üzrə davam etdirilir.
4-12-ci günlər hər 2,5 saatdan bir 1 tablet (gündə 5 tablet);
13-16-cı günlər hər 3 saatdan bir 1 tablet(gündə 4 tablet);
17-20 –ci günlər hər 5 saatdan bir 1 tablet(gündə 3 tablet);
21-25-ci günlər gündə 1-2 tablet
DOZA HƏDDİNİN AŞILMASI:
Çox yüksək doza qəbul etdikdə preparat ürəkbulanma, ürək ritminin sürətlənməsi, tənəffüsün çətinləşməsi, qusma, göz bəbəklərinin genişlənməsi kimi simptomlar əmələ gələ bilər.
Bu halda dərmanın qəbulunu dayandırıb, həkiminizlə məsləhətləşin və ya tibbi yardım üçün sizə yaxın olan müalicə müəssisəsinə müraciət edin.
Müalicə: mədə yuma, sulu-tuz və qlükoza həlləri ilə infuziya müalicəsi, tutmaəleyhinə vasitələr,kardiotonik, tənəffüs analeptikləri və digər simptomatik vasitələr.Nəfəs alma, qan təzyiqi və ürək dərəcəsi izlənilir.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Rəylər (0)