İstifadəsinə göstərişlər:
Suqrel preparatı, kəskin koronar sindromu olan böyük pasiyentlərdə aterotrombotik halların qarşısının alınması üçün asetilsalisil turşusu ilə birlikdə göstərişdir.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın tərkibində olan komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
Aktik patoloji qanaxma.
Anamnezdə insult və ya tranzitor işemik insult.
Ağır qaraciyər çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklər
Suqrel preparatının tövsiyə olunan qəbul rejimi: 60 mq başlanğıc birdəfəlik yükləmə dozası və sonra müalicə gündə 1 dəfə 10 mq doza ilə davam etdirilməlidir. Qeyri-stabil stenokardiya və ST seqmentinin yüksəlməsi olmadan miokard infarktı pasiyentlərində, 48 saat ərzində koronar angioqrafiya aparıldığı zaman, yükləmə dozası yalnız perkutan koronar müdaxilə zamanı verilməlidir. Suqrel qəbul edən pasiyentlər gündəlik asetilsalisil turşusu qəbul etməlidirlər.
Uşaqlar
18 yaşdan kiçik uşaqlarda Suqrel preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Oraqvari hüceyrə anemiyası olan uşaqlarda məhdud məlumatlar mövcuddur.
Doza həddinin aşılması:
Prasuqrel preparatının doza həddinin aşılması qanaxma müddətinin uzanmasına və sonrakı ağırlaşmalara səbəb ola bilər. Prasuqrelin farmakoloji təsirinin dəyişilməsi barədə heç bir məlumat yoxdur; lakin, qanaxma müddətinin dərhal düzəldilməsi tələb olunarsa, trombositlərin dərhal köçürülməsi və/və ya qan preparatları təyin edilə bilər.
Əlavə təsirləri:
Bütün dərmanlar kimi, bu dərmanda hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər.
Rəylər (0)