İstifadəsinə göstərişlər:
PREKSETİL DR hamiləlik dövründə müşahidə olunan qusma və ürəkbulanma müalicəsində konservativ müalicəyə təsir göstərmədikdə istifadə olunur.
Əks göstərişlər:
Doksilamin suksinan və piridoksin hidroxloridə qarşı və ya preparatın tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Müalicənin ilk günündə PREKSETİL DR gündə 1 dəfə 2 tabletdən daxilə yatmazdan əvvəl qəbul edilir. Əgər bu doza rejimi əlamətləri nəzarət altında saxlamağa imkan verirsə bu zaman qəbulu eyni qaydada 2 tabletdən yatmazdan əvvəl davam etdirilir.
Doza həddinin aşılması:
Narahatlıq, ağızda quruluq, göz bəbəyinin genişlənməsi, yuxululuq, başgicəllənmə, şüurun qarışıqlığı və ürək döyüntülərinin artması.
Əlavə təsirləri:
Doksilamin suksinat və piridoksin hidroxlorid kombinasiyasının təhlükəsizliyi və effektivliyi ikili korrandomizə olunmuş multimərkəzli tədqiqatlarda plasebo ilə müqayisə olunmuşdur. Tədqiqatlarda qusma və ürəkbulanma ilə 261 hamilə qadın iştirak etmişdir.
Rəylər (0)