İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Hamiləlik dövründə ( həkim tərəfindən istifadəsi məsləhət görüldükdə ), cərrahi əməliyyatdan sonra, rentgen çəkilişindən sonra, yaranan ürəkbulanma və qusma əleyhinə istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın təsir edici maddələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq ( allergiya ).
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik dövründə istifadə oluna bilər.
Bu preparatı istifadə etməzdən əvvəl, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin!
Əgər siz müalicə dövründə hamilə olduğunuzu bilsəniz, o zaman dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Laktasiya dövründə istifadəsi:
Məlumdur ki, piridoksin ana südünə keçmir.Meklizinin ana südünə keçib-keçməməsinə dair isə heç bir məlumat yoxdur.
Laktasiya dövründə istifadə yalnız həkim tərəfindən ana üçün mümkün təhlükələr nəzərə alınaraq təyin oluna bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
- Hamiləlik dövründə yaranan ürəkbulanma və qusma zamanı:
- 1 tablet yatmazdan öncə, zərurət olduqda isə səhər daha 1 tablet qəbul edilir.
- adətən preparatın 7-10 gün müddətində qəbulu simptomların aradan qalxmasına kifayət edir.Şikayətlər təkrarlandıqda və ya davam etdikdə, həkimə müraciət edilərək müalicə kursu yeni təyinata uyğun şəkildə davam etdirilə bilər.
- kəskin simptomlar zamanı, maksimal doza ardıcıl 2 gün olmaqla 4 tablet şəklində təşkil edir.Daha uzun müddətə qəbul üçün həkiminizə müraciət edin.Mümkün ən qısa müalicə müddəti gündəlik 2 tablet təşkil edir.
- Cərrahi əməliyyatdan sonra yaranan ürəkbulanma və qusma
- 2 tablet qəbul olunur.Zərurət olduqda eyni qəbul qaydaı təkrarlana bilər.
- gündəlik maksimal doza ardıcıl 2 gün olmaqla 4 tabletdir.
- Rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma:
- rentgen çəkilişindən bilavasitə öncə və ya dərhal sonra 2tablet
- gündəlik maksimal doza 4 tablet təşkil edir.
İstifadə qaydası.
Tabletləri bütöv şəkildə bir qutum su ilə qəbul edin.
Hamiləlik dövründə ürəkbulanma və qusma zamanı Vomiklon qəbul etməzdən öncə hər hansı bir qida ( çörək, meyvə ) qəbul edin.
Fərqli yaş qrupları
Uşaqlarda istifadəsi
Kiçik yaşlı uşaqlarda Vomiklon-un qəbulu əks göstərişdir.
Yaşlılarda istifadəsi
Məlumat yoxdur.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığı ilə əlaqədar məlumat yoxdur.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı ilə əlaqədar məlumat yoxdur.
ƏLAVƏ TƏSİRLƏRİ:
Bütün digər dərman vasitələrində olduğu kimi, vomiklon tərkibində olan maddələrə qarşı həssas olan xəstələrdə müəyyən əlavə təsirlər rast gəlinə bilər.
Vomiklon uzun müddət gündə 2 tabletdən çox doza qəbulu Piridoksinin aşağıdakı əlavə təsirlərinin yaranmasına səbəb ola bilər.
Sinir sisteminin xəstəlikləri
- koordinasiya pozğunluğu ( ataksiya ), ( məs., sərxoş yerişi )
- periferik neyropatiya pozğunluğu
- qıcolmalar ( çox nadir hallarda )
DOZA HƏDDİNİ AŞMA ƏLAMƏTLƏRİ:
- yuxusuzluq
- koma
- qıcolmalar
- aşağı təzyiq ( hipotenziya )
- həyəcan
- mövcud olmayan şeyləri görmə ( hallüsinasiyalar )
- qıcolmalar
- göz bəbəklərinin genişlənməsi
- yüksək hərarət
- qırmızı quru dəri ( qızartı )
Müalicəsi
Preparatdan istifadəni dayandırmaq, həkimə müraciət etmək lazımdır.Zərurət yaranarsa, müalicə xəstəxana şəraitində aparıla bilər.Əmin olun ki, yanınızda lazım gələrsə sizi xəstəxanaya apara biləcək kimsə var.
SAXLANMA ŞƏRAİTİ:
25C-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Soyuducuda buz dolabında dondurmaq olmaz!
İSTEHSALÇI:
Türkiyə.
Rəylər (0)