İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
AŞAĞIDAKI XƏSTƏLİKLƏRİN SİMPTOMATİK MÜALİCƏSİNDƏ İSTİFADƏ EDİLİR :
Osteoartrit, revmatoid artrit, ankilozlaşdırıcı spondilit.
ƏKS GÖSTƏRİŞLƏR :
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
- Asetilsalisil turşusu və digər QSİƏR-lə ilə eyni vaxtda istifadəsi.
-Aspirinin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbul edilməsi zamanı aşağıda təsvir edilən əlamətlərdən birinin baş verməsi :
-nəfəs alarkən fit səsi, döş qəfəsinin sıxılması, təngənəfəslik;
-burunun selikli qişasının şişməsi səbəbindən burun tutulması;
-dəridə səpgi, Stivens-Conson sindromu, toksid epidermalnekroliz, multiformalı eritema;
-dərinin və ya selikli qişaların qəfil ödəmi nəfəs almaya mane olan ağız nahiyəsinin və ya boğazın ödəmi.
-Anamnezində QSİƏP-in və ya asetilsalesil turşusunun qəbulundan sonra yaranan bronxial astma, övrə, qəbulundan sonra əmələ gələn kəskin rinit varsa;
- Qaraciyərin ağır pozulmaları.
- Müxtəlif etiologiyalı qanaxmalar, antikoaqulyatlarla eyni vaxtda istifadəsi.
- Orta və ağır ürək çatışmazlığı,ağır qan xəstəlikləri, koronar arteriyaların BYPASS əməliyyatından sonrakı ağrı.
- Periferik qanda dəyişikliklərin olması.
- Qaraciyər və böyrək çatışmazlığı.
- Hamiləlik və laktasiya.
- 15 yaşa qədər uşaqlar.
- Aktiv mədə xorası, iltihabı MBT xəstəlikləri və ya mədə-bağırsaq qanaxması olan xəstələr.
- Əvvəllər ulserativ kolit, kolit kimi qanaxmaya meyilli MBT xəstəliklər, Kron xəstəliyi, MBT xərçəngi və ya divertikulit keçirmiş pasiyentlər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Piroksikamın sutkalıq dozası 20 mq-dır. 20 mq 1 və ya 2 dəfəyə qəbul olunur. Kapsullar daxilə yemək vaxtı qəbul olunur. 70 yaşdan yuxarı pasiyentlərdə doza korreksiya oluna bilər.
Rəylər (0)