İSTİFADƏ QAYDASI:
Ümumi və yerli sürtmə şəklində xəstənin bədəninə çəkilərək sonra həmin yer ya ultrabənövşəyi şüalarla yaxud soluks lampası ilə qızdırılır(müalicə müddəti 15-20 gün və günaşırı təyin edilir.Müalicə kursu 12-15 gündür).Hər proseduraya sürtmə nahiyəsinin sahəsindən aslı olaraq10-20ml-dən,30-50ml-yədək qatransızlaşdırılmış naftalan sərf edilir.Müalicənin effektini artırmaq ücün digər fizioterapevtik müalicə üsullarından kompleks müalicədə istifadə edilir.Ginekoloji xəstəliklərdə qatransızlaşdırılmış naftalan tamponlardan istifadə etməklə yanaşı,trusik zonasına qatransızlaşdırılmış naftalan sürtməklə solyuks lampası ilə 30-40-dəq qızdırılır.Müalicə kursu 12-15gündür.
TƏSİR MEXANİZMI:
İltihab əleyhinə,ağrıkəsici,desensibilinariya edici və qaşınma əleyhinə təsir edir.Yapışqanlı və yağlı olduğuna görə naftalan dəriyə asanlıqla çəkilir və sorulur,dərini yumşaq,elastik edir.Yaraların bitişməsinə dəri qabarlarına,yataq yaralarına kömək edir,sinirlərin müalicəsində hissiyatı və refleksləri bərpa edir.
MÜALİCƏYƏ GÖSTƏRİŞLƏR:
Xroniki rinitlər,otitlər,laringit,yuxarı tənəffüs yollarınin katarı,burun-bogaz,selikli qişalarının atrofiyası.
ƏKS GÖSTƏRİŞLƏR:
Xəstəliklərin kəskin dövrü,vərəm,bəd və xoşxassəli şişlər,miokard infaktı,III dərəcəli qan dövranı pozğunluğu,hipetoniya III dərəcə.
YAN TƏSİRLƏRİ:
Təyin edilməyib.
Rəylər (0)