Magnesium.........300 mq
B6 vitamini...............5 mq
Kalium yodidi....200 mkq
Köməkçi maddələr: Gum arabic, Micronized cellulose, Maltodextrin
Magnesium oxide - ( Maqnezium oksidi ) əsasən hüceyrədaxili kationdur.O,neyronların oyanıqlığını və oyanıqlığın neyroəzələ ötürmələrini aşağı salır, bir çox fermentativ proseslərdə iştirak edir.Maqnium orqanların və toxumaların əhəmiyyətli elementidir: sümük toxumasında insan orqanizmindəki maqnium tərkibinin ümümi miqdarının yarısı yerləşir.
Piridoksin hidroxlorid - ( B6 vitamini ) bir çox metabolik proseslərdə, əsəb sisteminin metabolizminin tənzimlənməsində iştirak edir.B6 vitamini maqneziumun MBT-dan sorulmasını və onun hüceyrələrə daxil olmasını yaxşılaşdırır.
Kalium yodidi-Yod mikroelementi əvəzedilməz mikroelementlərə aiddir ki, onlar qalxanabənzər vəzin normal fəaliyyəti üçün zəruridir.Yod orqanizmdə sintez edilmir, deməli, onun bütün zəruri olan tərkibi xaricdən daxil olmalıdır.Optimal miqdarda yodun daxil olması zamanı qalxanabənzər vəzin müxtəlif xəstəliklərinin yaranmasının qarşısı alınır, o cümlədən endemik zob.Eləcə də yod hormonal tarazlığı dəstəkləyir, bu da beyinin fəaliyyəti və immunitetin qorunması üçün zəruridir.Yod mübadiləsi tez-tez intelekt səviyyəsində təsir göstərir.Yod çatışmazlığı ürək və damarlarla əlaqədar problemlər yaradır, emosional sabitliyi pozur, əzələ ağrıları və dəri problemləri əmələ gətirir.Montana 300 preparatı, orqanizmin qida ilə birlikdə aldığı yod çatışmazlığını doldurur ki, bu da endemik zonalarda, yəni, o zonalarda ki torpaqda yod tərkibi kifayət qədər deyildir.
GÖSTƏRİŞLƏRİ:
1. Maqnezium çatışmamazlığı zamanı əlamətlərin kombinasiyası zamanı köməkçi vasitə:
- əsəbilik, qıcıqlanmalar, zəif həyəcan, keçici yorğunluq, yuxunun pozulması zamanı köməkçi vasitə
- mədə-bağırsaq spazmları formasında narahatlıq təzahürləri, ürək döyüntüsünün şiddətlənməsi ( ürəyin saölam olması halında ) zamanı köməkçi vasitə
2. Qalxanabənzər vəzin fəaliyyətinin bərpa edilməsi köməkçi vasitə:
- orqanizmə yod daxil olmasının çatışmamazlığı ilə şərtləndirilən qalxanabənzər vəzin xəstəliklərinin profilaktikası, eləcə də yod çatışmamazlığının profilaktikası zamanı köməkçi vasitə
- qalxanabənzər vəzin əməliyyatından sonra və ya zobun medikamentoz müalicəsindən sonra zob residivinin profilaktikası üçün köməkçi vasitə
DOZALANMA VƏ QƏBUL ETMƏ ÜSULLARI:
Həbləri su ilə içməklə qəbul etmək lazımdır.Böyüklər gündə 1 həb yemək zamanı.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın komponentlərindən birinə qarşı yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda allergiya reaksiyası, ürəkbulanma, hipersalivasiya.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz
Tövsiyyə edilən sutkalıq dozanı keçməyin
BFMQƏ-normal qidalanma əvəz etmir
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ, XƏSTƏLİK VƏ YA DƏRMAN İSTİFADƏSİ ZAMANI HƏKİMLƏ MƏSLƏHƏTLƏŞİN.
İSTEHSALÇI ÖLKƏ:
Türkiyə
Rəylər (0)