İstifadəsinə göstərişlər:
Qlükokortikoidlərlə sistem və ya yerli terapiya tələb edən vəziyyətdə, əsasən autoimmun xəstəliklərdə: iltihabi və sistem revmatik xəstəliklər; kollagenozlar (məsələn sistem qırmızı qurdeşənəyi, sistem dermatomiozit); allergik vəziyyətlər (məsələn yüksək həssaslıq reaksiyaları, zərdab xəstəliyi, kontakt dermatit, anafilaktik şok); ağciyər xəstəlikləri (məsələn ağ ciyərlərin sarkoidozu, bronxial astma); kəllədaxili təzyiqin aşağı salınması; trasplantatın dəf edilməsi reaksiyası; bəzi dermotoloji xəstəliklər (məsələn adi qabar); hemotoloji xəstəliklər; şiş xəstəlikləri, sitostatik müalicə ilə bağlı ürəkbulanma; qaraciyər xəstəliyi (məsələn dağınıq skleroz, miasteniya); göz xəstəliyi; böyrək xəstəliyi; mədə-bağırsaq xəstəlikləri.
Əks göstərişlər:
Dərman vasitəsinin tərkibində olan aktiv maddələrə və ya hər hansı bir maddəyə qarşı yüksək həssaslıq.
Sistem göbələk infeksiyaları.
Kortikosteroidlərin immunosupressiv dozalarını alan pasiyentlərdə canlı və ya zəiflədilmiş canlı vaksinlərin yeridilməsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Başlanğıc doza xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Böyüklər üçün başlanğıc doza gündə 4-48 mq-dır, bu doza, xəstəliyin ağırlığından asılı olaraq artırıla bilər. Əgər xəstəyə gündəlik doza kifayət edirsə, bu dozanı səhər qəbul etmək tövsiyə olunur. Uzunmüddətli müalicə zamanı minimal effektiv doza qəbul etmək lazımdır, səhər bir dəfə günaşırı qəbul edərək. Əgər doza təqribən 6 mq/gün-dən artıq olursa, əlavə təsirlərin inkişaf riski əhəmiyyətli dərəcədə artır. Uşaqlara az dozalar tövsiyə olunur.
Tövsiyə olunan ilkin dozalar:
Sistem revmatik xəstəliklər - 4-16 mq
Kollagenozlar - 20-100 mq
Allergik vəziyyət - 12-48 mq
Ağciyər xəstəlikləri - 64 mq-dan çox deyil
Trasplantatın dəfolunma reaksiyası - 7 mq/kq/gün-dən çox deyil
Qaraciyər xəstəlikləri - 16-48 mq
Dermatoloji xəstəliklər - 80-360 mq
Hemotoloji xəstəliklər - 16-100 mq
Nevroloji xəstəliklər - 200 mq-dan çox olmayan
Yenitörəmələr fonunda beyin şişi - 200-1000 mq
Göz xəstəlikləri - 12-40 mq
Şiş xəstəlikləri - 16-100 mq
Böyrək xəstəlikləri - 32-48 mq
Mədə-bağırsaq xəstəlikləri - 60 mq-dan çox deyil.
Rəylər (0)