İstifadəsinə göstərişlər:
Böyüklərdə, uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda birincili və ikincili karnitin defisiti hallarında.
Hemodializ terapiyasında olan xəstələrdə karnitin çatışmazlığı.
- ağır və müntəzəm təkrarlanan əzələ qıcolmaları və yaxud dializ zamanı əzələ hipotoniya epizodları;
- kardiomiopatiya;
- anemiya, uremiya;
- qidalanma zəifliyi nəticəsində əzələ kütləsinin itirilməsi.
Əks göstərişlər:
Preparata qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Müalicəni sərbəst asetilkarnitinin plazma və sidikdə olan ölçülərinə nəzarət edərək davam etdirmək tövsiyə olunur.
Müalicə başlamadan öncə karnitinin plazmada konsentrasiyası təyin olunmalıdır.
Hemodializdə olan xəstələrdə dəstəkləyici terapiya.
Venadaxili terapiyadan alınan klinik nəticələr müsbətdirsə, sonra karnitinin peroral qəbulu tövsiyyə oluna bilər.
Əlavə təsirləri:
Preparatın istifadəsi zamanı allergik reaksiyalar, ürəkbulanma, qusma, abdominal ağrı, diareya, əzələ zəifliyi qeyd oluna bilər.
Doza həddinin aşılması:
Əgər fikirləşirsiniz ki, Lekart sizə həddindən artıq təyin olunub, həkimə bu hakda bildirin.
Rəylər (0)