İstifadəsinə göstərişlər:
Psoriaz
Rezistent
Qırmızı yastı dəmirov
Diskoid qırmızı qurd eşənəyi
Daha az aktivlik göstərən, steroidlərlə müalicəyə rezistent olan digər dəri xəstəlikləri
Əks göstərişlər:
Aşağıdakı xəstəliklər KLOBEST ilə müalicə edilməməlidir:
Rozasea
Adi sızanaqlar
Perioral dermatit
Perianal və genital qaşınma
Müalicə olunmamış dəri infeksiyaları
İltihabsız qaşınma
KLOBEST aktiv maddə və ya preparatın hər hansı köməkçi maddələrinə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadə edilməməlidir.
KLOBEST məlhəmini dermatit və bişməcələr daxil olmaqla 1 yaşdan kiçik körpələrdə dermatozlarda istifadə etmək olmaz.
İstifadə qaydası və dozası:
KLOBEST məlhəmi xüsusilə quru və dəmirovlu dəri üçün faydalıdır.
Böyüklər, yaşlılar və 1 yaşdan yuxarı uşaqlar preparatı gündə 1 və ya 2 dəfə zədələnmiş dəriyə sürtmək lazımdır. Əgər simptomlar artıq yox olmuşlarsa, müalicəni dayandırmaq lazımdır. Müalicə 4 həftədən artıq daam etməməlidir. Təkrar müalicə kursu isə yalnız xəstəliyin fəsadlaşmalarına nəzarət etmək məqsədilə keçirilə bilər.
Rəylər (0)