Sink orqanizm üçün vacib mikroelement olub, xaricdən daxil olur. Zn 300dən çox fermentin tərkib hissəsinə daxil olaraq, onları aktivləşdirir. Dnt- RNT polimerazaları aktivləşdirərək irsi yaddaşın ötürülməsini təmin edir, maddələr mübadiləsində, nuklein turşularının , zülalların sintezində iştirak edir, toxuma regenerasiyasını təmin edir. Vitamin A-nin torlu qişa tərəfindən mənimsənilməsini təmin edir. Qaraciyərdəki alkogoldehidrogenazanın tərkibinə daxil olduğundan alkoqolu parçalayır. Yeganə mikroelementdir ki, hormon sintezində iştirak edir. LH, FSH, insulin ,testosteron və somatotrop hormon. Zn saç tökülməsininn qarşısını alır, tük soğanaqlarını möhkəmləndirir və saçları möhkəmləndirir. Orqanizmdə keratin, kollagen, hialuron turşusunun sintezini artırır, dəridə bərpa olma və yara sağalma proseslərini sürətləndirir, antimikrob təsirə malikdir. Superoksiddismutazanın aktiv hissəsi olduğundan reperativ təsirli antioksidantdır. İmmunogenezdə vacib rol oynayan limfoid toxumasının normal aktivliyini təmin edir. Sümüklər, bağırsaqlar və böyrəklərdə qələvi fosfatazanı , mədəaltı vəzidə karboksipeptidazanı aktivləşdirir . Sink çatəşmazlığı zamanı infeksion xəstəliklərə yoluxma artır, yaraların sağalması ləngiyir, boy inkişafı ləngiyir, əmək qabiliyəti azalır. saç tökülür , dırnaqlar qırılır , toyuq korluğu və yaddaş zəifliyi meydana çıxır.
Sink çatışmazlığı səbəbləri: onun orqanizmə daxil olmasının azalması, qeyri düzgün qidalanma, balanslaşdırılmış pəhriz, bağırsaq xəstəlikləri zamanı Zn sorulmasının pozulması, alkoqolizm, sidik qovucu qəbulu zamanı orqanizimdən Zn-in xaric olmasının artması nəticəsində meydana çıxır.
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR:
Zn çatəşmazlığında, kollagenozlar, alkoqolizim, şəkərli diabet, prostatit , dəri patalogiyalarında köməkçi vasitə kimi istifadə olunan bioloji fəallığa malik qida əlavəsidir. Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşın.
İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Gündə 1 tablet yeməkdən sonra Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
ƏKS GÖSTƏRİŞ
Aktiv autoimmun proseslər, xüsusilə immun ensefalit, kəskin böyrək çatışmazlığı, böyrəklərin ağır parenximatoz zədələnməsi, hamilələr.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz,
SAXLANMA ŞƏRAİTİ:
quru və sərin yerdə saxlamaq lazımdır. Bir başa gün işığından qorunmalıdır.
İSTEHSALÇI ÖLKƏ: Ruminiya
Rəylər (0)