İstifadəsinə göstərişlər:
Prostat vəzisinin xoşxassəli hiperplaziyası ilə və prostat vəzisinin və sidik traktının aşağı şöbələrinin bir sıra digər xəstəlikləri ilə bağlı dizurik pozğunluqların müalicəsi.
Əks göstərişlər:
- Tamsulozin və ya preparatın digər komponentlərinə qarşı artmış həssaslıq;
- Ortostatik hipotenziya (o cümlədən, anamnezdə);
- Ağır böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası: Daxilə səhər yeməyindən və ya birinci qida qəbulundan sonra bir kapsul qəbul edilir. Kapsulu bütöv şəkildə, su ilə, ayaq üstə və ya oturaq vəziyyətdə (heç bir halda uzanmış vəziyyətdə olmaz) qəbul etmək lazımdır. Kapsul bölünməməli və çeynənilməməlidir, çünki bu təsiredici maddənin ayrılma sürətinə təsir edə bilər.
Rəylər (0)