İstifadəsinə göstərişlər:
Peroral dəmir preparatları ilə terapiyası kifayət qədər effektiv və ya əsaslı olmayan pasiyentlərdə dəmir defisitli vəziyyətlər, o cümlədən:
- peroral dəmir preparatlarının dözümsüzlüyü;
- peroral dəmir preparatları ilə müalicə zamanı dozalanma rejiminə riayət olunmaması;
- mədə-bağırsaq sisteminin iltihab xəstəlikləri, məsələn, xoralı kolit;
- Dəmir defisitli vəziyyətlərin diaqnostikası müvafiq laborator tədqiqatların nəticələrinə əsaslanmalıdır;
- Fersinol-S preparatını 3 yaşdan aşağı uşaqlarda istifadə etmək tövsiyə olunmur; həmin yaş qrupunda onun istifadəsinin klinik təcrübəsi mövcud deyil.
Əks göstərişləri:
-Preparatın aktiv maddəsi və ya istənilən köməkçi maddəsinə qarşı hiperhəssaslıq, digər parenteral dəmir preparatlarının istifadəsi ilə bağlı ağır hiperhəssaslıq reaksiyaları;
-Dəmir defisiti ilə əlaqəli olmayan anemiyalar;
-Dəmirlə həddindən artıq yüklənmə simptomları və ya dəmir mənimsənilməsinin irsi pozulmaları;
- hamiləliyin birinci trimestri.
İstifadə qaydası və dozası:
Hər bir pasiyent üçün preparatın kumulyativ dozasını fərdi olaraq hesablamaq lazımdır və həmin dozanı aşmaq olmaz. Dozanın hesablanması zaman pasiyentin bədən çəkisini və Hb səviyyəsini nəzərə almaq lazımdır.
Bədən çəkisi 35 kq-dan az olan pasiyentlərdə məqsədli Hb səviyyəsi 13 q/dl təşkil edir, depolanmışdəmirin miqdarı isə 15 mq/kq bədən çəkisi təşkil edir.
Bədən çəkisi 35 kq və artıq olan pasiyentlərdə məqsədli Hb səviyyəsi 15 q/dl təşkil edir,depolanmış dəmirin miqdarı isə 500 mq təşkil edir
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminiz və ya əczacıyla məsləhətləşin.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply