İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞLƏR:
xroniki prostatin, sistitin profilaktikası və müalicəsinin optimallaşdırılması, prostat vəzinin xoşxassəli hiperplaziyası, prostat vəzidə aparılan əməliyyatdan sonrakı ağırlaşmalar və onun funksiyalarının yaşla bağlı pozulmaları, həmçinin seksual pozulmalar, kişi sonsuzluğu, sidiyəgetmə aktının pozulmaları zamanı istifadə olunur.
İSTİFADƏ QAYDASI:
Hər dəfə 1 kapsul olmaqla gündə 1-2 dəfə istifadə olunur.Öncədən yağ kapsulunu kontur qablaşdırmadan çıxararaq onu təmizləyici imalə və yaxud bağırsağın boşaldılmasından sonra anal dəliyin dərinliyinə daxil edirlər.Kapsulu daxil etdikdən sonra 30-40 dəqiqə ərzində yataqda ( qarnı üstə ) uzanmaq məsləhət görülür.Kursun müddəti xəstəliyin təbiəti, ağırlığı, və həmçinin əldə edilmiş kliniki effektdən asılı olaraq 10-15 gün təşkil edir.İstifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.
İSTİFADƏ XÜSUSİYYƏTLƏRİ:
Kakao yağının tez əriməsi səbəbindən tətbiqi asanlaşdırmaq üçün istifadədən 5-10 dəqiqə əvvəl kapsulu soyuducuya qoymaq lazımdır.Yağ kapsulunun istifadəsindən sonra təbii ekstraktlarıntəsirindən qaşıntı və yaxudqıcıqlanmayarana bilər ki, bu da 10-15 dəqiqədən sonra keçir.
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı individual həssaslıq.
SAXLANMA ŞƏRAİTİ:
Quru, gün düşməyən yerdə, 5-25C temperaturda istehsalçı qablaşdırmasında saxlamaq lazımdır.Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İSTEHSALÇI:
Ukrayna, 61124, Xarkov şəh., Qroznenskaya küç., 34, mən.60.
Rəylər (0)