İstifadəsinə göstərişlər:
- Tez-tez sidiyəgetmə.
- Usandırıcı sidiyəgetmə.
- Sidiyi saxlaya bilməmək.
Əks göstərişlər:
- Sidiyin ləngiməsi.
- Nəzarət oluna bilməyən darbucaqlı qlaukoma.
- Miasteniya qravis.
- Tolterodinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı məlum yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Qaraciyərin funksional çatışmazlığı və ya böyrəklərin ciddi funksional çatışmazlığı olan pasiyentlər istisna olmaqla tövsiyə olunan doza gündə 2 dəfə 2 mq-dır, qaraciyərin və ya böyrəklərin funksional çatışmazlığı olan psiyentlər üçün isə tövsiyə olunan doza gündə 2 dəfə 1 mq-dır.
Doza həddinin aşılması:
- Qıcolmalar və ya aşkar oyanıqlıq: benzodiazepinlərlə müalicə olunur.
- Tənəffüs çatışmazlığı: süni tənəffüs verməklə müalicə olunur.
- Taxikardiya: beta-blokatorlarla müalicə olunur.
- Sidiyin ləngiməsi: kateterizasiy ilə müalicə olunur.
- Midriaz: pilokarpin göz damcısı ilə müalıicə olunur və/və ya pasiyent qaranlıq otağa yerləşdirilir.
Əlavə təsirləri:
Farmakoloji xüsusiyətlərinə görə tolterodin zəif və orta dərəcəli antimuskarin effektlər törədə bilər. Alınmış məlumatlara görə ən ümumi arzuolunmaz reaksiyalara ağızın quruması aid olmuşdur.
Rəylər (0)