İstifadəsinə göstərişlər:
İltihabəleyhinə və immunosupressiv xüsusiyyətlərə malik qlükokortikosteroid olan EFZAKORT aşağıdakı halların müalicəsində istifadə olunur:
Anafilaksiya, astma, ağır hiperhəssaslıq reaksiyaları
Revmatoid artrit, yuvenil xroniki artrit, revmatik polimialgiya
Qırmızı qurd eşənəyi, dermatomiozit, qarışıq birləşdirici toxuma xəstəlikləri, düyünlü poliarterit, sarkoidoz.
Pemfiqus,büllöz pemfiqoid, qanqrenoz piodermiya
Minimal dəyiçikli nefrotik sindrom, kəskin interstisial nefrit
Revmatik kardit
Xoralı kolit, Crohn xəstəliyi
Üveit, optik nevrit
Autoimmun hemolitik anemiya, idiopatik trombositopenik purpura
Kəskin və limfatik leykoz, bədxassəli limfoma, çoxsaylı mieloma
Transplantasiya zamanı immunsupressiya
Əks göstərişlər:
Əsas aktiv maddə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq
Canlı virus peyvəndi alan xəstələr
Xüsusi infeksiyaəleyhinə müalicə almayan sistem infeksiyalı xəstələr.
İstifadə qaydası və dozası:
Preparat ağızdan qəbul olunur.
Müxtəlif xəstəliklərdə və müxtəlif xəstələrdə dozalar çox dəyişir.
Daha ciddi və həyati təhlükəsi olan hallarda, deflazkortun yüksək dozaları tələb oluna bilər.
Doza diaqnozdan, xəstəliyin şiddətindən, xəstənin reaksiyasındanvə dözümlülüyündən asılı olaraq fərdi seçilməlidir. Məqbul cavab verən ən aşağı dozadan istifadə edilməlidir.
Rəylər (0)