İstifadəsinə göstərişlər:
- Hərəkət xəstəliyi ( dəniz xəstəliyi, nəqliyyat xəstəliyi, təyyarə xəstəliyi ) ;
-Şiş əleyhinə terapiya zamanı yaranan əlamətləri istisna etməklə vestibulyarvə labirint pozğunluqu əlamətlərinin müalicə və profilaktikası ( başgicəllənmə, ürəkbulanma, qusma ) ;
- Menyer xəstəliyi.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, epilepsiya, kəskin eksudativ və vezikulyar dermatozlar, 3 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin l trimestrində preparatın istifadəsinə əks göstərişdir.
Hamiləliyin ll və lll trimestrlərində xüsusi ehtiyatla - ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilə bilər.
Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
İstifadə qaydası və dozası:
Yeməkdən əvvəl daxilə qəbul olunur.
- hərəkət xəstəliyi ( dəniz xəstəliyi, nəqliyyat xəstəliyi, təyyarə xəstəliyi )
3-6 yaş arası uşaqlar - gündə 2-3 dəfə 1/4 - 1/2 tablet;
7-12 yaş arası uşaqlar - gündə 2-3 dəfə 1/2 tablet;
12 yaşdan yuxarı uşaqlar və böyüklər 1-2 tablet gündə 2-3 dəfə;
- Şişəleyhinə terapiya zamanı yaranan əlamətləri istisna etməklə, vestibulyar və labirint pozğunluq əlamətlərinin müalicə və profilaktikası ( başgicəllənmə, ürəkbulanma, qusma);
3-6 yaş arası uşaqlar - gündə 2-3 dəfə 1/4 - 1/2 tablet;
7-12 yaş arası uşaqlar - gündə 2-3 dəfə 1/2 tablet.
12 yaşdan yuxarı uşaqlar və böyüklər - gündə 2-3 dəfə 1-2 tablet;
- Menyer xəstəliyi:
3-12 yaş arası uşaqlar - gündə 2-3 dəfə 1/2-1 tablet;
12 yaşdan yuxarı uşaqlar və böyüklər - gündə 2-3 dəfə 1-2 tablet.
Böyüklər üçün maksimal sukalıq doza 7 tabletdən çox olmamalıdır. kinetozların profilaktikası üçün nəzərdə tutulan səyahətdən 30 dəqiqə əvvəl 1-2 tablet qəbul etmək lazımdır.
Preparatdan istifadənin davam etmə müddətini və təkrar müalicə kursları həkimlə razılaşdırmaq lazımdır.
Rəylər (0)