İstifadəsinə göstərişlər:
Sidik yollarının iltihabı xəstəlikləri: pielonefrit, pielit, uretrit, sistit zamanı istifadə olunur.
Sidik yollarının daş xəstəliklərindən sonra ikincili infeksiya riskinin azaldılması məqsədilə istifadə olunur.
Zural-dan böyüklər və 3 yaşdan yuxarı uşaqlarda sidik yollarının kəskin və ya xroniki infeksiyaları zamanı istifadə olunur.
Əks göstərişləri:
Vasitənin hər hansı bir komponentinə qarşı həssaslıq.
3 yaşından kiçik uşaqlar üçün məsləhət görülmür!
3-5 gün ərzində vəziyyətin yaxşılaşması baş vermirsə həkimə müraciət etməlisiniz.
İstifadə qaydası və dozası:
Məsləhət olunan doza: 1-2 tabletdən gündə 2 dəfə olmaqla, yeməkdən 20 dəqiqə əvvəl kifayət qədər su ilə qəbul olunur.Sidik yollarının kəskin iltihabı zamanı sutkalıq doza 4tablet təşkil edir, doza iki dəfəyə qəbul olunur.Xroniki iltihab zamanı sutkalıq doza 2-3 tablet olub, iki dəfəyə qəbul olunr.Məsləhət görülən gündəlik dozanı keçməyin.Xəstəlik zamanı mayenin kifayət qədər qəbul edilməsinə xüsusi diqqət yetirmək lazımdır.Müalicə kurs 7-14 gündür.
Doza həddinin aşılması:
Doza həddinin aşılması, və yaxud təsadüfən, yüksək dozanın qəbul edilməsi zamanı dərhal həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.
Lazım olduğundan çox NEYROSTİN NORMON qəbul etdiyiniz halda simptomatik müalicə məsləhət görülür, çünki bu preparatın spesifik antidotu yoxdur.
Rəylər (0)