İstifadəsinə göstərişlər:
Normal qidalanma rejimi ilə aradan qaldırıla bilməyən sink çatışmazlıqlarının müalicəsində istifadə olunur. Məsələn, yüksək tələbat infeksiyaya qarşı həssaslığı biruzə verə bilər.
Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırılmamış az miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər.
Əks göstərişlər:
Sink orotat dihidrata və ya Sinkorotun digər komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Sinkorotu hər zaman bu təlimata müvafiq qaydada qəbul edin. Dərmanın qəbulu ilə bağlı tərəddüd yarandıqda təlimatı həkiminiz və ya əczaçı ilə birgə gözdən keçirin. Dərmanın qəbulu ilə bağlı göstərişlərə diqqətlə əməl edin, əks təqdirdə Sinkorot lazımi şəkildə təsir göstərməyə bilər.
Həkiminiz digər bir şəkildə təyin etmədiyi təqdirdə standart doza gündəlik 1/2-1 tabletdir.
Sinkorot yemək zamanı qəbul edilməməlidir. İstisna hal kimi müalicənin əvvəlində sink duzları qarın boşluğunda ağrılar, ürəkbulanma, dispepsiya və ishal kimi hallara səbəb olduqda preparatı qida ilə birlikdə qəbul etmək olar.
Qəbul qaydası
Yeməkdən bir qədər öncə tableti bol su ilə qəbul edin.
Qəbul müddəti
Müalicənin müddəti terapevtik nəticədən asılıdır. Həkimlə məsləhətləşməyiniz xahiş olunur.
Rəylər (0)