Xəbərdarlıq:
Sink misin absorbsiyasını inhibə edə bilər, odur ki, sinkdən uzun müddət ərzində istifadə olunduqda sinklə yanaşı misin səviyyəsi də yoxlanılmalıdır.
ZİNKOVEF, tərkibindəki azorubin-karmoisinin olması səbəbindən allergik reaksiyalara səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə hər hansı dərmanı qəbul etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
İstifadəsinə göstərişlər:
Sink çatışmazlığının müalicəsi və ya qarşısının alınması zamanı
Əks göstərişləri:
Sinkə və ya preparatın hər hansı komponentinə qarşı həssaslıq
12 yaşdan kiçik uşaqlarda istifadəsi
Orqanizmdə mis çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklər üçün gündəlik doza gündə 1-3 kapsuldur.
12-18 yaş arası uşaqlarda tövsiyə olunan doza gündə 150 mq sinkdir.
Rəylər (0)