İstifadəsinə göstərişlər: Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda xroniki idiopatik övrə xəstəliyinin simptomatik müalicəsi.
Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə 180mq dozada təyin olunur. Doza həddinin aşılması: Məlumat çox məhduddur
Simptomları: başgicəllənmə, yuxusuzluq və ağızda quruluq.
Müalicəsi: absorbsiyaya uğramamış preparat MBT-dən standart üsullarla xaric edilir. Ehtiyac olarsa simptomatik və dəstəkləyici müalicə aparılır.
Feksofenadin-hidroxlorid -in qandan hemodializ üsulu ilə xaric edilməsi effektiv deyildir.
Təsiredici maddə: hər tabletin tərkibində 168mq feksofenadinə ekvivalent miqdarda (180mq) feksofenadin-hidroxlorid vardır.
Köməkçi maddələr: nişasta, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium-stearat, opadray 21S20059 purple.
Rəylər (0)