İstifadəsinə göstərişlər
Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda mövsümi və ilboyu allergik rinitin simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə 120 mq dozada təyin olunur.
Doza həddinin aşılması
Məlumat çox məhduddur.
Simptomları: başgicəllənmə, yuxusuzluq və ağızda quruluq.
Müalicəsi: absorbsiyaya uğramamış preparat MBT-dən standart üsullarla xaric edilir.
Ehtiyac olarsa simptomatik və dəstəkləyici müalicə aparılır.
Feksofenadin-hidroxloridin qandan hemodializ üsulu ilə xaric edilməsi effektiv deyildir.
Təsiredici maddə: hər tabletin tərkibində 112 mq feksofenadinə ekvivalent miqdarda (120 mq) feksofenadin-hidroxlorid vardır.
Köməkçi maddələr: nişasta, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium- stearat, opadray 21S20059 purple.
Rəylər (0)