İstifadəsinə göstərişlər:
Zaridineks gözün ön şöbəsinin ifeksion mənşəli iltihabı, bakterial konyunktivit və buynuz qişanın infeksiyalaşmış xorası, blefarit, tersit və itdirsəyinin müalicəsində istifadə olunur.
Əks göstərişlər:
-dərman vasitəsinin tərkibinə daxil olan ofloksasinə və yaxud hər hansı digər xinolonlara qarşı yüksək həssaslıq
-1 yaşa qədər uşaqlar
- hamiləlik və lakltasiya dövrü və yaxud hamiləliyi güman edilən qadınlar.
İstifadə və dozalanma qaydası:
İlk 2 gün ərzində adi doza zədələnmiş gözə 2-4 saatdan bir 1 və yaxud 2 damcı, sonra isə gündə 4 dəfə 1-2 damcı təşkil edir.
İstifadə qaydası
Göz damcısını istifadə etməzdən əvvəl əllər yuyulmalıdır.
1. Başınızı arxaya əyərək, yuxarı baxın.
2. Alt göz qapağını astaca aşağıya doğru aralayaraq kiçik cib yaradılmalıdır.
3. Flakonun dibini yuxarı qaldıraraq sıxmaqla bir və yaxud iki damcı müalicə olunan gözə damızdırılır.
4. Aşağı göz qapağını buraxaraq, 30 saniyə ərzində gözlərinizi bağlı saxlayın.
Doza həddinin aşılması:
Doza həddinin aşılması məlumatları mövcud deyil.
Əlavə təsirləri:
Bütün dərman vasitələri kimi Zaridineksin istifadəsi fonunda həssas xəstələrdə arzuolunmaz təsirlər baş verə bilər.
Tez-tez
Gözün qıcıqlanması, okulyar diskomfort
Çox nadir
Hipersensibilizasiya olması səbəbindən yaranan üz nahiyəsində və boğazda şişkinliyin baş verməsi, astma, tənginəfəslik, şok, ağızda və qida borusunun şişkinliyi angiödem, dilin ödemi.
Rəylər (0)