TƏSVİRİ :
İysiz və ya zəif yağ iyli , ağ yumşaq krem.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
Preparat dərinin bir sıra göbələk infeksiyalarının yerli müalicəsi üçün istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR :
· Preparatın təsiredici maddəsinə və yaxud köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
· İmidazol törəmələri qrupuna aid olan hər hansı göbələkəleyhinə preparata qarşı yüsək həssaslıq.
· Zalain kremi gözlərin müalicəsi üçün istifadə olunmur.
Bu preparat ilə müalicə zamanı turş pH sabunların istifadə olunması məsləhət görülmür.
UŞAQLAR VƏ 18 YAŞA QƏDƏR YENİYETMƏLƏR :
Zalain kremin uşaqlarda istifadəsi məsləhət görülmür , belə ki , onlarda bu preparatın istifadəsinə dair məlumat yoxdur.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Əgər siz hamiləsinizsə , südəmər uşağınız varsa , hamilə olmağınızı ehtimal edirsinizsə və ya planlaşdırırsınızsa , bu
preparatın istifadəsinə başlamazdan əvvəl bu barədə müalicə həkiminizə məlumat verin.
Hamiləlik
Preparatın hamilələrdə istifadəsinin təhlükəsizliyi öyrənilməyib.İnsanlarda xaricə istifadəsi zamanı təsiredici maddə dəridən
praktiki olaraq sorulmur.
Laktasiya dövrü
Preparatın laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməyib.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Bu preparatı həkim təyinatına uyğun dəqiq istifadə etmək lazımdır.
Zalain kremi yaxşıca yuyulmuş və qurulanmış dərinin zədələnmiş nahiyəsinə , sağlam dərini təxminən 1sm əhatə etməklə
nazik qatla bərabər şəkildə çəkin , hər gün gündə 1 və ya 2 dəfə.
DOZA HƏDDİNİN AŞILMASI :
Kremin artıq qalan hissəsini silin.
Əgər siz Zalain kremi istifadə etməyi unutmusunuzsa buraxılan istifadəni kompensə etmək üçün ikiqat doza istifadə etmək
olmaz.
TƏRKİBİ :
Təsiredici maddə : 1 kq kremin tərkibində 20 mq setakonazol nitrat vardır.
Köməkçi maddələr : etilenqlikol və polietilenqlikol palmitostearat , poliqlikolizəolunmuş doymuş qliseridlər , qliserin izostearat ,
parafin yağı , metilhidroksibenzoat , sorbin turşusu , təmizlənmiş su.
Rəylər (0)