İstifadəsinə göstərişlər:
YUPERİO dərman vasitəsi sistolik disfunksiyası olan xəstələrdə ürək çatışmazlığının müalicəsi üçün göstərişdir. Enalaprillə müqayisədə YUPERİO dərman vasittəsini qəbul edən xəstələrdə kardiovaskulyar ölüm və ürək çatışmazlığı ilə hospitalizasiya hallarının azalması müşahidə edilmişdir.
Əks göstərişlər:
Sakubitril və valsartan kimi təsiredici maddələrə və ya yuxarıda sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul olunur. YUPERİO dərman vasitəsi qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər.
YUPERİO dərman vasitəsinin hədəf dozası gündə iki dəfə 200 mq-dır.
Tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 100 mq-dır.
Doza həddinin aşılması:
İnsanlarda YUPERİO dərman vasitəsilə doza həddinin aşılmasına dair məlumatlar məhduddur.
Əlavə təsirləri:
Çox tez-tez: Hiperkaliemiya
Tez-tez: Hipokaliemiya
Sinir sisteminə
Tez-tez: Başgicəllənmə, başağrısı
Bəzən: Postural başgicəllənmə
Qulaq və eşitmə orqanlarına
Tez-tez: Vertiqo.
Rəylər (0)