İstifadəsinə göstərişlər:
YUPERİO dərman vasitəsi sistolik disfunksiyası olan xəstələrdə ürək çatışmazlığının (NYHA 2-4) müalicəsi üçün göstərişdir. Enalaprillə müqayisədə YUPERİO dərman vasitəsini qəbul edən xəstələrdə kardiovaskulyar ölüm və ürək çatışmazlığı ilə hospitalizasiya hallarının azalması müşahidə edilmişdir.
Həmçinin YUPERİO dərman vasitəsi enalaprillə müqayisədə bütün səbəblərdən ölüm hallarını azaltmışdır.
Adətən, YUPERİO, AÇF inhibitoru və ya ARB-nin yerinə, ürək çatışmazlığına qarşı digər dərman vasitələri ilə birgə qəbul edilir.
Əks göstərişlər:
- Sakubitril və valsartan kimi təsiredici maddələrə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq.
- AÇF inhibitorları ilə yanaşı istifadə. YUPERİO dərman vasitəsi AÇF inhibitorları ilə müalicənin dayandırılmasından sonrakı 36 saat müddətində istifadə edilməməlidir.
- İrsi angionevrotik ödem.
- Hamiləlik.
- Ağır qaraciyər çatışmazlığı.
- 2-ci tip şəkərli diabet xəstələrində aliskirenlə yanaşı istifadə.
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul olunur.YUPERİO dərman vasitəsi qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər.
YUPERİO dərman vasitəsinin hədəf dozası gündə iki dəfə 200 mq-dır.Tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 100 mq-dır.
Preparatın dozası xəstə tərəfindən mənimsənilməsindən asılı olaraq, hər 2-4 həftədə ikiqat artırılıb gündəlik 200 mq hədəf dozaya çatdırılmalıdır.
Preparat xəstələrdə yaxşı mənimsənilmədikdə ( simptomatik hipoenziya, hiperkaliemiya, böyrək funksiyasının pozulması ), yanaşı təyin olunan dərman vasitələrinin dozalarına düzəlişlər edilməli və ya YUPERİO-nun dozası aşağı titrlənməlidir.
Əlavə təsirləri:
YUPERİO dərman vasitəsilə müalicə alan xəstələrdə əlavə təsirlərin ümumi baş vermə tezliyi Enalaprillə müalicə alan xəstələrlə müqayisədə fərqli olmuşdur.
Əlavə təsirlərin baş vermə tezliyi cinsdən, yaşdan asılı olmamışdır.
Əlavə təsirlər orqan sistem sinfinə müvafiq olaraq, tezliyə əsasən ən çox rast gələn birinci olmaqla aşağıdakı qaydada verilmişdir:
çox tez-tez (>1\10); tez-tez (>1\10, <1\10); bəzən(>1\1000/ <1\1000); nadir (>1\10000, <1\1000); çox nadir ( <1\10000), tək-tək məlumatlar daxil olmaqla.Hər bir tezlik qrupunda əlavə təsirlər ciddiliyin azalması üzrə qeyd edilib.
Rəylər (0)