İstifadəsinə göstərişlər:
YUPERİO dərman vasitəsi sistolik disfunksiyası olan xəstələrdə ürək çatışmazlığının müalicəsi üçün göstərişdir. Enalaprillə müqayisədə YUPERİO dərman vasitəsini qəbul edən xəstələrdə kardiovaskulyar ölüm və ürək çatışmazlığı ilə hospitalizasiya hallarının azalması müşahidə edilmişdir.
Əks göstərişlər:
Sakubitril və valsartan kimi təsiredici maddələrə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq.
AÇF inhibitorları ilə yanaşı istifadə. YUPERİO dərman vasitəsi AÇF inhibitorları ilə müalicənin dayandırılmasından sonrakı 36 saat müddətində istifadə edilməlidir.
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul olunur: YUPERİO dərman vasitəsi qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər.
YUPERİO dərman vasitəsinin hədəf dozası gündə 2 dəfə 200 mq-dır.
Tövsiyə olunan başlanğıc doza gündə iki dəfə 100 mq-dır.
Ayrı-ayrı qrup xəstələrdə dozalanma
Böyrək funksiyasının pozulması
Böyrək funksiyası ağır dərəcədə pozulmuş xəstələrdə başlanğıc doza gündə iki dəfə 50 mq tövsiyə olunur.
Doza həddinin aşılması:
İnsanlarda YUPERİO dərman vasitəsilə doza həddinin aşılmasına dair məlumatlar məhduddur. Sağlam könüllülərdə preparatın birdəfəlik 1200 mq və 900 mq çoxsaylı dozada istifadəsi tədqiq edilmiş və yaxşı mənimsənilmişdir.
Əlavə təsirləri:
Əlavə təsirlərin baş verməsi ilə əlaqədar müalicənin dayandırılması PARADİGM -HF tədqiqatının ikiqat-kor dövründə YUPERİO ilə müalicə alan xəstələrin 450-də və Enalaprillə müalicə alan xəstələrin 516-da baş vermişdir.
Rəylər (0)