İstifadəsinə göstərişlər:
Ağız boşluğu və udlağın infeksion-iltihabı xəstəliklərinin müalicəsi: kataral, follikulyar anginalar; streptokokk angina (antibiotiklərlə birlikdə müalicə etdikdə); kəskin və xroniki tonzillit; qlossit; aftoz stomatit.
Əks göstərişlər:
Yoda qarşı və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, həmçinin Dyurinq herpetiformalı dermatit, hipertireoz, qalxanabənzər vəzisinin adenoma və ya pozulması, böyrək, qaraciyər və ya kompensasiya olunmayan ürək çatışmazlığı olan xəstələr, yod ilə müalicə və ya diaqnostikanın keçirilməsi planlaşdırılan xəstələr (müayinədən əvvəl və ya sonra 2 həftə ərzində).
Hamiləlik və ya laktasiya dövründə istifadəsi:
Nəzərə alaraq ki, təsiredici maddənin metabolitləri cifti keçir və ana südü ilə ekskresiya olunur, bu dövrlərdə preparatı istifadə etmək olmaz.
İstifadə qaydası və dozası:
Sprey ağız boşluğunun və udlağın selikli qişalarının üzərinə yerli istifadə edilir.
İstifadədən əvvəl qoruyucu qapaq çıxarılır və mexaniki nasosun ştoku üzərinə püskürdücü taxılır. Preparatın ilk istifadəsindən əvvəl püskürdücünün üzərinə şırnağın əmələ gəlməsinədək bir neçə dəfə basmaq lazımdır. Növbəti istifadədən əvvəl məhlulun püskürdücüyə düşməsi və bundan sonra püskürdülməsi üçün 2-3 dəfə basıb, preparatı istifadə etmək olar.
Angina və ya tonzilliti müalicə etdikdə püskürdücü ağız boşluğuna 2-3 sm yeridilir, ağız örtülür, tənəffüs dayandırılır və bir çiləmənin sağ tərəfə, ikincinin isə - sol tərəfə baş verməsi üçün püskürdücünün üzərinə şəhadət barmaqla bərk basmaq lazımdır. Qlossitin və ya aftoz stomatinin müalicəsi zamanı tozlandırıcını zədələnmiş nahiyəyə yaxınlaşdırıb, zədələnmiş nahiyənin yaxşı-yaxşı nəmləndirilməsinə qədər lazımı sayda püskürdün (1-3 basma)
Preparat adətən sutkada 2-4 dəfə idtifadə edilir, ehtiyac yarandıqda - hər 4 saatdan bir.
Müalicənin davametmə müddəti xəstəliyin xarakteri və ağırlığından asılı olaraq həkim tərəfindən fərdi müəyyən edilir. Preparatın istifadəsindən sonra püskürdücü mexaniki nasosun üzərindən çıxarılır və isti su ilə yuyulur; mexaniki nasosun üzərinə qoruyucu qapaq taxılır.
Püskürtmə zamanı konteyneri püskürdücü yuxarıda olmaqla saxlamaq lazımdır.
Konteyner çevrilmiş vəziyyətdə olduqda istifadə olunmamalıdır.
Rəylər (0)