İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
2-ci tip şəkərli diabetlər üçün.
Yanumet metforminlə maksimal dözülən dozada monoterapiya fonunda adekvat nəzarətin əldə edilmədiyi xəstələrdə qlikemiyaya nəzarəti yaxşılaşdırmaq üçün pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi, həmçinin artıq sitaqliptin və metformin kombinasiyası ilə müalicə alan xəstələrə göstərişdir.
Yanumet sulfanilsidikcövhəri törəmələrilə kombinasiyada ( üç preparatın kombinasiyası ) maksimal dözülən dozada metforminlə və sulfanilsidikcövhəri preparatı ilə terapiya zamanı adekvat nəzarətin əldə edilmədiyi xəstələrdə pəhrizə və fiziki gərginlik rejiminə əlavə kimi göstərişdir.
ƏKS GÖSTƏRİŞLƏR:
- təsiredici maddələrə və ya köməkçi maddələrdən istənilən birinə qarşı hiperhəssaslıq:
- kəskin metabolik asidozun hər bir növü:
- diabetik komaönü:
- böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları:
- böyrək funksiyalarına təsir göstərə bilən kəskin vəziyyətlər, məsələn, dehidratasiya, ağır infeksiya, şok, yodtərkibli kontrast maddələrin damardaxilinə yeridilməsi:
- toxuma hipoksiyasına gətirib çıxara bilən kəskin və xroniki xəstəliklər, məsələn, ürək və ya respirator çatışmazlıq, yaxın zamanlarda keçirilmiş miokard infarktı, şok:
- qaraciyər funksiyalarının pozulması:
- kəskin alkoqol intoksikasiyası, alkoqolizm:
- laktasiya dövrü:
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamilə qadınlarda sitaqliptindən istifadə edilmə haqqında müvafiq məlumatlar yoxdur.Heyvanlar üzərində aparılan tədqiqatlar sitaqliptini yüksək dozalarda yeritdikdə reproduktiv toksikliyin olduğunu göstərmişdir.
Məhdud sayda məlumatlar göstərir ki, hamilə qadınlarda metformindən istifadə anadangəlmə qüsurların inkişaf riskinin yüksəlməsi ilə müşayiət olunmur.Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı metformin yeridildikdə hamiləliyə, embrional və fetal inkişafa, doğuşlara və ya postnatal inkişafa münasibətdə mənfi effektlər aşkar edilməmişdir.
Hamiləlik dövründə Yanument preparatından istifadə edilməməlidir.Əgər qadın hamilə qalmağı planlaşdırırsa və ya hamilə qalmışsa, Yanument preparatı ilə müalicəni dayandırmaq və imkan daxilində tez insulin təyin etmək lazımdır.
PEDİATRİYADA İSTİFADƏSİ:
Yanumet preparatının 18 yaşa qədər uşaqlarda təhlükəsizliyi və effektivliyi haqqında məlumatların olmaması ilə əlaqədar olaraq, o, bu yaş qrupunda olan uşaqlarda istifadə üçün tövsiyə edilmir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Dozalar.
Yanumet preparatı ilə antihiperqlikemik müalicə zamanı dozanı sitaqliptinin maksimal tövsiyə olunan 100 mq dozasından artıq qəbul etməməklə müalicənin cari sxemi, xəstədə effektivliyi və dözümlülükdən asılı olaraq fərdi şəkildə seçmək lazımdır.
Böyrək funksiyası normal olan böyük pasiyentlər.
Metforminlə monoterapiya zamanı adekvat nəzarətin əldə olunmadığı xəstələr üçün Yanumet preparatının başlanğıcı tövsiyə olunan dozası sitaqliptinin gündə 2 dəfə 50 mq dozasını plyus metforminin cari dozasını təmin etməlidir.
İSTİFADƏ QAYDASI:
Yanumet preparatını gündə 2 dəfə, MBT-də əlavə reaksiyaların əmələ gəlmə riskini azaltmaq məqsədilə yemək vaxtı qəbul etmək lazımdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Yanumet preparatının doza həddinin aşılması haqqında məlumat yoxdur.
Doza həddi aşıladıqda standart dəstəkləyici tədbirlər görmək lazımdır, məsələn, absorbsiya olunmamış materialın mədə-bağırsaq traktından xaric edilməsi, klinik monitorinqin aparılması, həmçinin dəstəkləyici terapiyanın təyin edilməsi.
SAXLANMA ŞƏRAİTİ:
30C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
RESEPT ƏSASINDA BURAXILIR!
İSTEHSALÇI:
İsveçrə.
Rəylər (0)