İstifadəsinə göstərişlər:
- öd kisəsinin xolesterin daşlarının həll edilməsi.Xolesterin daşları rentgenoqramda qaraltı kimi görünməməlidir və 15 mm diametrdən böyük olmamalıdır.Daşların olmasına baxmayaraq, öd kisəsinin funksiyası pozulmamalıdır.
- öd reflüksü ilə müşayiət olunan qastrit
- birincili biliar qaraciyər sirrozunun dekompensasiya əlamətləri olmadan simptomatik müalicəsi.
Əks göstərişlər:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
- rentgendə görünən öd daşları
- fəaliyyət göstərməyən öd kisəsi
- pankreatit
- hamiləliyin ilk trimestri
İstifadə qaydası və dozası:
Preparat sutkada 1 dəfə, yatmazdan əvvəl, bir qədər maye ilə daxilə qəbul edilir.İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.Dozalamaq üçün 5ml, 10ml, 15ml-ə qədər dərəcələnmiş kiçik ölçü stəkanından istifadə olunur.
Rəylər (0)