İstifadəsinə göstərişlər:
Qan təzyiqi yüksək olan pasiyentlərin müalicəsi üçün, o zaman istifadə oluna bilər ki, eyni zamanda qəbul edilən sərbəst preparatlardan hər biri, kombinəedilmiş preparatda olan eyni dozalarda həm kombinasiyada, həm də ayrı-ayrılıqda, müvafiq təsir göstərirlər.
Əks göstərişlər:
- Pasiyentdə ramiprilə, amlodipinə dihidropridin sırasından olan hər hansı digər kalsium kanallarının blokatoruna və ya AÇF inhibitorları sırasından olan preparatlara, həmçinin "Tərkibi" bölməsində sadalanmış Hartil Amlo preparatının tərkibində olan hər hansı köməkçi komponentə qarşı allergiya olduqda.Allergik reaksiyanın əlamətlərinə qaşınma, dərinin qızarması, tənəffüsün çətinləşməsi aid ola bilər:
- pasiyent, qanın sol mədəcikdən axınına mane olan aorta qapağının daralması kimi ciddi xəstəlikdən əziyyət çəkdikdə:
İstifadə qaydası və dozası:
Bu preparatı həkim təyinatına ciddi riayət edərək qəbul etmək lazımdır.Hər hansı əlavə sual meydana çıxdıqda, həkimə və ya əczçıya müraciət etmək lazımdır.
Dozalanma rejimi
Preparatı, həkim tərəfindən təyin edilən dozalanmada, 1 kapsul qəbul etmək tövsiyə olunur.
Terapevtik effektdən asılı olaraq, həkim dozanı artıra bilər və ya dəyişə bilər.
Maksimal doza sutkada 1 dəfə, 10mq\10mq dozalanmada olan preparatın 1 kapsulu təşkil edir.
Doza həddinin aşılması:
Həkim tərəfindən təyin olunan miqdardan artıq kapsulların qəbul olunması, arterial təzyiqin kəskin və ya hətta təhlükəli aşağı düşməsinə səbəb ola bilər.Pasiyentdə başgicəllənmə, ürəkkeçmə və ya zəiflik inkişaf edə bilər.Çox ağır hallarda arterial təzyiqin aşağı düşməsi şokun baş verməsinə gətirib çıxara bilər.Bu zaman xəstənin şüuru itir, dərisi soyuq və yağışqan olur.
Rəylər (0)