Sarımtıl, təmiz, şəffaf, çöküntüsüz, xarakterik iyli şirin maye.
Əks göstərişləri:
-ambroksola, bromheksinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
-hamiləlik və laktasiya dövrü;
-mədə-bağırsaq traktının xora xəstəliyi.
İstifadə qaydası və dozası:
Xaliksolu həmişə həkim təyinatı ilə qəbul edin. Xaliksol şərbətinin aşağıdakı dozaları tövsiyə olunur:
-Böyüklərə və 12 yaşdan böyük uşaqlara müalicənin ilk 2-3 günü ərzində güendə 3 dəfə 10 ml sonrakı günlər gündə 2 dəfə 10 ml, və ya gündə 3 dəfə 5 ml
-5-12 yaşlı uşaqlara: gündə 2-3 dəfə 5 ml
-2-5 yaşlı uşaqlara: gündə 3 dəfə 2,5 ml
-2 yaşdək uşaqlara: gündə 2 dəfə 2,5 ml.
Təsiredici maddə: 100 mq şərbətin tərkibində 300 mq ambroksol vardır.
Köməkçi maddə: natrium-sitrat, natrium-benzoat, banan aromatizatoru, çiyələk aromizatoru, natrium siklamat, limon turşusu, povidon, sorbital, təmizlənmiş su.
Rəylər (0)