İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Preparatı aşağıdakı vəziyyətlərin müalicəsi üçün istifadə etmək olar:
- əzələ və oynaq travmalarının (məsələn, idmanla məşğul olduqdan sonra və ya bədbəxt hadisə nəticəsində meydana çıxan çıxıqlar, bağların üzülməsi,
zədələnmələr, dartılmalar və ağrılar);
- tendinit (məsələn, "tennis dirsəyi").
Preparat orta dərəcəli və şiddətli ağrılar daxil olmaqla, ağrını sürətlə yüngülləşdirir, pasiyentlərin hərəki aktivliyini yaxşılaşdırır və funksiyaların normallaşmasına səbəb olur. Preparatı böyüklərə və 14 yaşdan yuxarı uşaqlara istifadə etmək olar.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatı aşağıdakı hallarda istifadə etmək olmaz:
- pasiyentdə diklofenaka və ya preparatın tərkibindəki hər hansı digər komponentə qarşı və ya ağrının, qızdırmanın və ya iltihabın müalicəsi üçün istifadə olunan asetilsalisil turşusu (qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunan preparat) və digər QSİƏP kimi preparatlara qarşı allergiya (hiperhəssaslıq) olduqda. Şübhəli hallarda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Göstərilən preparata qarşı allergik reaksiyanın simptomlarına aşağıdakılar aid ola bilər: fışıltılı tənəffüs və ya təngnəfəslik (astma); dəri üzərində suluqlu və ya övrəli səpgilər; üz nahiyəsinin və ya dilin ödemi; zökəm.
- hamiləlik dövrünün son 3 ayı;
- 14 yaşdan aşağı uşaqlar və yeniyetmələr.
Pasiyentdə yuxarıda göstərilən vəziyyətlərdən hər hansı biri müşahidə olunduqda, preparatı istifadə etmək olmaz.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Preparatı hər zaman, tibbi istifadəsi üzrə təlimatda təsvir olunduğu kimi və ya həkimin təyinatına müvafiq istifadə etmək lazımdır. Suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Böyüklər və 14 yaşdan yuxarı uşaqlar
Ağrı nahiyəsinin ölçüsündən asılı olaraq, dərinin zədələnmiş nahiyəsinə preparatı 2-4 q dozada (preparatın bu miqdarı həcminə görə albalı və ya qoz meyvəsi ölçüsünə müvafiqdir və bədən səthinin 400-800 sm2 sahəsi üzərində istifadə üçün yetərlidir), gündə 2 dəfə səhər və axşam çəkmək və yüngül yeritmək lazımdır. Sutkalıq maksimal doza 8 q, həftəlik doza 56 q təşkil edir.
Preparatın ilk istifadəsindən əvvəl tubun üzərindən qoruyucu membranı çıxarmaq üçün, qapağı burmaq və açmaq lazımdır. Qapağın əks tərəfindən istifadə edərək, tubun üzərindəki qoruyucu membranı dəlmək, burmaq və çıxarmaq lazımdır. Səliqə ilə sıxaraq, tubdan bir qədər geli ağrılı və ya ödemli nahiyənin üzərinə çəkmək və tədricən dəriyə yeritmək lazımdır. İstifadə olunan gelin miqdarı ağrılı və ya ödemli nahiyənin ölçüsündən asılı ola bilər. Bir qayda olaraq, albalı və ya qoz meyvəsi ölçüsünə müvafiq gelin miqdarı yetərli olur. Geli dəri üzərinə çəkdikdə yüngül sərinləşdirici effekt hiss oluna bilər.
Gelin ağıza və ya gözlərə düşməsindən qaçınmaq məqsədilə, preparatı yeritdikdən sonra, əllər müalicə nahiyəsi olmadığı halda onları yumaq lazımdır.
Preparatı yalnız xaricə istifadə etmək olar.
Preparatı 14 gündən artıq istifadə etmək olmaz. Daha uzun müddətli istifadə yalnız həkim tərəfindən təyin oluna bilər.
Ağrı və ya ödem zamanı preparatın istifadəsindən 7 gün keçdikdən sonra yaxşılaşma müşahidə olunmadıqda, həkimlə məsləhətləşmək lazımdır.
Preparatın istifadəsinin ötürülməsi:
Preparatın vaxtında düzgün istifadəsi ötürüldükdə, onu mümkün qədər tez istifadə etmək və daha sonra, istifadəsini sxem üzrə davam etdirmək lazımdır. Ötürülmüş dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasından istifadə etmək olmaz.
Rəylər (0)