İstifadəsinə göstərişlər:
Həzm pozulmaları:
- müxtəlif mənşəli həzm pozulmalarının simptomatik müalicəsi: diareya, meteorizm, mədədə dolğunluq hissi
- xroniki pankreatit
- mədənin, bağırsaqların və qaraciyərin xroniki xəstəlikləri
- mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
- mukovisidoz
- MBT-nin rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
Əks göstərişlər:Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.Kəskin pankreatit.Xroniki pankreatitin kəskinləşməsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə həkim göstərişi ilə qəbul olunmalıdır.
İstifadə qaydası və dozası:
1 yaşa qədər uşaqlarda-1\3 tablet gündə 2 dəfə
1-6 yaşlı uşaqlarda-1\3 tablet gündə 3 dəfə
6-12 yaşlı uşaqlarda-1\2 tablet gündə 3 dəfə
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə 1-2 tablet gündə 3 dəfə qəbul olunur.
Preparat yemək zamanı və ya yeməkdən əvvəl çeynənilmədən bol su ilə qəbul olunur.
Rəylər (0)