İstifadəsinə göstərişlər:
VİQADEKSA steril göz damcısı preparata həssas mikroorqanizmlər tərəfindən göz infeksiyalarının müalicəsi və həmçinin əməliyyatdan sonrakı iltihab və bakterial infeksiyanın profilaktikası məqsədilə istifadə edilir.
Əks göstərişlər:
Təsiredici maddəyə, köməkçi maddələrə və ya digər xinolonlora qarşı hiperhəssaslıq.;
Herpes simplex tərəfindən törədilən keratit;
Buynuz qişa və ya konyuktivanın vaksinasiyası, suçiçəyi və digər virus infeksiyaları.
İstifadə qaydası və dozası:
Yalnız okulyar istifadə üçündür. Damcıtökənin ucluğunun və məhsulun çirklənməsinin qarşısını almaq üçün, flakonun ucluğunun göz qapaqlarına, gözətrafı nahiyələrə və ya digər səthlərə dəyməsinə yol vermək olmaz.
Əməliyyatdan 1 gün əvvəl başlayaraq və sonrakı 15 gün ərzində əməliyyat olunan gözə gündə 4 dəfə 1 damcı.
Bu preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyaları:
7 gün ərzində 4 dəfə 1 damcı və ya göstərişə əsasən.
Doza həddinin aşılması:
Preparatın xarakteristikasını nəzərə alaraq, okulyar istifadədə doz həddinin aşılması və ya bir flakonun tərkibinin qəfildən udulması zamanı toksik təsirlərin olması ehtimal edilmir.
Əlavə təsirləri:
Psixi pozulmalar: nadir hallarda-yuxusuzluq
Sinir sisteminə: bəzən-disgevziya
Görmə orqanlarına: tez-tez gözlərdə qaşınma, gözlərdə qıcıqlanma.
Rəylər (0)