İstifadəsinə göstərişlər:
- Böyüklərdə və uşaqlarda qrip də daxil olmaqla, kəskin respirator virus infeksiyalarının, o cümlədən, ağırlaşmış bakterial infeksiyaların kompleks müalicəsinin tərkibində istifadəsi;
- yenidoğulmuş uşaqlarda, o cümlədən, vaxtından əvvəl dünyaya gəlmiş uşaqlarda infeksion-iltihabi xəstəliklərin kompleks müalicəsinin tərkibində istifadəsi: pnevmoniya, meningit, sepsis, bətndaxili infeksiyalar;
- uşaqlarda və böyüklərdə xroniki B,C və D virus hepatitləri, o cümlədən, qaraciyər sirrozu ilə ağırlaşmış ciddi aktivliyə malik xroniki virus hepatitləri zamanı plazmaferezin və hemosorbsiyanın istifadəsi ilə eyni zamanda kompleks müalicənin tərkibində istifadəsi;
- hamilə qadınlar da daxil olmaqla, böyüklərdə urogenital traktın infeksion-iltihabi xəstəliklərinin kompleks müalicəsinin tərkibində istifadəsi;
- hamilə qadınlar daxil olmaqla, böyüklərdə dərinin və selikli qişaların birincili və ya residivləşən herpes infeksiyası, lokallaşmış forma, yüngül və orta dərəcəli gedişli, o cümlədən, urogenital forma;
- 4 yaşdan yuxarı uşaqlarda virus mənşəli meningitlərin kompleks müalicəsinin tərkibində istifadəsi;
- böyüklərdə bakterial mənşəli xroniki prostatitin kompleks müalicəsinin tərkibində istifadəsi:
Əks göstərişləri:
Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
hamilə qadınlar da daxil olmaqla, böyüklərə və 7 yaşdan yuxarı uşaqlara- 5 sutka müddətində gündəlik sutkada 2 dəfə 500000 BV dozada 1 şam təyin edilir.
7 yaşa qədər uşaqlara, o cümlədən, yenidoğulmuşlara və hestasiya yaşı 34 həftədən artıq olan vaxtından əvvəl doğulmuş uşaqlara - 5 sutka müddətində gündəlik sutkada 2 dəfə 150000 BV dozada 1 şam təyin edilir.
Hestasiya yaşı 34 həftədən az olan vaxtından əvvəl doğulmuş uşaqlara- 5 sutka müddətində gündəlik sutkada 3 dəfə 150000 BV dozada 1 şam təyin edilir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparatın istifadəsinə hamiləlik dövrünün 14-cü həftəsindən başlayaraq icazə verilir. Laktasiya dövründə preparatın istifadəsinə dair heç bir məhdudlaşma möcud deyildir.
Rəylər (0)