İstifadəsinə göstərişlər:
Qastroezofaqeal reflüks xəstəliyi;
Mədə və on ikibarmaq bağırsağın xora xəstəliyinin qanaxması zamanı hemostazın saxlanılması və təkrar qanaxmanın qarşısının alınması;
Zollinger-Ellison sindromu zamanı və digər pataloji hipersekretor vəziyyətlər.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Tövsiyə edilən doza: 40 mq gündə bir dəfə 7-10 gün müddətində.
15 dəqiqəlik infuziya:
İçərisində liofilizəolunmuş toz olan flakona natrium xloridin 10 ml-lik fizioloji məhlulu əlavə edilir.
Pantoprazolun birincili məhlulunu, son konsentrasiya 0,4 mq/ml alınana qədər natrium xloridin 100 ml-lik fizioloji məhlulu və ya 5%-li qlükoza məhlulu ilə qarışdırılır.
2 dəqiqəlik infuziya:
İçərisində liofilizəolunmuş toz olan iki flakona son konsentrasiya 0,4 mq/ml alınana qədər 10 ml natrium xloridin fizioloji məhlulu əlavə edilir. Hazırlandıqdan bilavasitə sonra məhsul istifadə edilməlidir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı yaranan əlamətlər preparatın terapevtik dozalarının qəbulu zamanı əmələ gələn əlavə təsirlərdə olduğu kimidir.
Əlavə təsirləri:
Ümumi: qarında ağrı, baş ağrısı, yeridilmə nahiyəsində reaksiya;
Həzm sistemi tərəfindən: qəbizlik, dispepsiya, ürəkbulanma, diareya;
MSS tərəfindən: yuxusuzluq, rinitlər;
Çox nadir hallarda isə allergik reaksiyalar qeyd edilmişdir: qaşınma, dəri reaksiyaları, anafilaktik şok.
Rəylər (0)