İstifadəsinə göstərişlər:
Dayaq-hərəkət aparatının kəskin və xroniki iltihabi və iltihabi-degenerativ xəstəliklərin simptomatik müalicəsi;
müxtəlif mənşəli ağrı sindromunun aradan qaldırılması.
Əks göstərişlər:
Dekseketoprofenə və ya digər QSİƏP-ə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
anamnezdə oxşar təsir mexanizminə malik maddələrin qəbul edilməsilə əlaqədar olaraq əmələ gələn bronxial astma tutmaları, bronxospazm, kəskin rinit, övrə;
mədə-bağırsaq qanaxmaları, digər aktiv qanaxmalar.
İstifadə qaydası və dozası:
Dozalanma rejimi fərdi şəkildə, ağrının növündən və intensivliyindən asılı olaraq müəyyən edilir. Orta tövsiyə olunan birdəfəlik doza gündə 12,5 mq, qəbullar arası interval 4-6 saat olmaqla 1-6 dəfə, və ya 25 mq, qəbullar arası interval 8 saat olmaqla gündə 1-3 dəfə.
Doza həddinin aşılması:
Simptomları: ürəkbulanma, anoreksiya, qarında ağrı, başağrısı, başgicəllənmə, yuxusuzluq.
Müalicəsi: simptomatik müalicə, lazım olduqda - mədənin yuyulması, aktivləşdirilmiş kömür qəbulu.
Əlavə təsirləri:
Ürək-damar sisteminə: nadir - ekstrasistoliya, yüksək arterial təzyiq, çox nadir hallarda taxikardiya, arterial təzyiqin düşməsi.
Hiss orqanlarına: nadir hallarda - qlaqlarda küy, çox nadir hallarda qeyri-aydın görmə;
Həzm sisteminə: tez-tez-ürəkbulanma, qusma; qarında ağrılar, dispepsiya, anoreksiya.
Dermatoloji reakasiyalar: nadir hallarda - övrə, sızanaq səpgiləri, tərləmə, sızanaq səpgiləri.
Ümumi pozğunluqlar: bəzən - hərarət, yorğunluq, əsasən sistem qırmızı qurdeşənəyi və ya birləşdirici toxumanın qarışıq xəstəlikləri olan pasiyentlərdə aseptik meningit, hematoloji pozğunluqlar; nadir hallarda - anafilaktik şok.
Rəylər (0)