İstifadəsinə göstərişlər:
Varikoz sindrom və onun ağırlaşması, flebotromboz, tromboflebit, səthi periflebit və venoz xoralar kimi venaların səthi xəstəlikləri.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
dərinin zədələnməsi.
İstifadə qaydası və dozası:
Yalnız xaricə istifadə üçündür.
Gel nazik təbəqə ilə dərinin zədələnmiş nahiyəsinə sutkada 2-3 dəfə çəkilir. Preparatın istifadə müddəti xəstəliyin ağırlıq dərəcəsindən və gedişatından asılı olaraq həkim tərəfindən müəyyən edilir.
Doza həddinin aşılması:
Dərman vasitəsinin doza həddinin aşılması halları qeyd edilməmişdir.
Əlavə təsirləri:
Dəridə və dərialtı toxumada baş verən pozuntular: nadir hallarda-allergik dermatit, dəridə yanma hissi.
Adətən bu simptomlar preparatın istifədəsi dayandırıldıqdan sonra tez zamanda aradan qalxır.
Rəylər (0)