İstifadəsinə göstərişlər:
Depressiyanın bütün formaları, eləcə də, həyacan hissi ilə müşaiyət edilən depressiyalar.
Spesifik həyacanın formaları.
Sosial fobiyalar və yayılmış həyacan, o cümlədən uzunmüddətli müalicə.
Aqarafobiya ilə və ya onsuz panik tutmalar, o cümlədən uzunmüddətli müalicə.
Depressiya tutmalarının residivlərinin və ya depressiyanın yeni epizodlarının profilaktikası üçün.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- MAO-nun inhibitorları ilə eyni vaxtda istifadə, belə ki, ajitasiya, əsmə və hipertermiya kimi simptomlarla serotonin sindromu riski vardır. Venlafaksinlə müalicəyə MAO inhibitorları ilə müalicə bitdikdən 14 gün sonra başlamaq lazımdır.
- ağır qaraciyər və ya böyrək çatışmazlığı;
- hamiləlik və laktasiya dövrü;
- uşaqlar və 18 yaşa qədər yeniyetmələr.
Yuxarıda qeyd edilən hallardan və ya xəstəliklərdən hər hansı biri olduqda, preparatı istifadə etməzdən əvvəl bu barədə həkimə müraciət etmək lazımdır.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir
Preparatı yemək vaxtı hər gün eyni vaxtda qəbul etmək məsləhət görülür. Tabletləri bütöv şəkildə, kifayət qədər maye ilə qəbul etmək lazımdır.
Böyüklər
Adi başlanğıc doza 75 mq təşkil edir. Sutkalıq doza 2 birdəfəlik dozaya bölünür. Ehtiyac olduqda, 2 həftədən sonra dozanı 2-3 qəbula bölməklə 150 mq-a qədər artırmaq olar.
Yaşlı pasiyentlərdə dozanın korreksiyası tələb edilmir.
Müalicəni ehtiyatla aparmaq lazımdır. Hər zaman dozanın artırılmasına ehtiyac olduqda, ən aşağı effektiv dozanı seçmək və pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır.
Doza həddinin aşılması:
Postqeydiyyat dövründə əldə edilən təcrübə göstərir ki, venlafaksin ilə doza həddinin aşılması, başlıca olaraq, eyni vaxtda alkoqol və/ya digər dərmanların qəbulu ilə əlaqədardır.
Simptomları
Taxikardiya, şüur səviyyəsinin dəyişməsi, midriaz, qıcolmalar və qusma.
Müalicəsi
Müalıicə simptomatikdir, ürək ritminə və digər həyati vacib göstəricilərə nəzarət etmək lazımdır. Aspirasiya riski olduqda, qusma yaratmaq məsləhət görülmür.Preparatın istifadəsindən dərhal sonra və ya müvafiq simptomları olan pasiyentəlrin mədəsini yumaq olar.
Əlavə təsirləri:
Ən çox rst gəlinən əlavə təsirlər ürəkbulanma, ağızda quruluq, başağrı və tərləmədir.
Psixikada baş verən pozğunluqlar:
tez-tez - çaşqınlıq hissi, depersonalizasiya, anorqazmiya, cinsi həvəsin azalması, nevrozluq, yuxusuzluq, qeyri-adi yuxular;
bəzən - hallüsinasiyalar, derealizasiya, ajitasiya, dəyişilmiş orqazm, apatiya, hipomaniya, bruksizm;
nadir hallarda - maniya.
Sinir sistemində baş verən pozğunluqlar:
çox tez-tez başgicəllənmə, başağrı**;
tez-tez - yuxululuq, əsmə, paresteziya, hipertoniya;
bəzən - akatiziya, psixomotor narahatlıq, bayılma, mioklonus.
Rəylər (0)