İstifadəsinə göstərişlər:
Depressiyanın bütün formaları, eləcə də, həyəcan hissi ilə müşayiət edilən depressiyalar.
Spesifik həyəcanın formaları (o cümlədən, uzunmüddətli müalicə).
Sosial fobiyalar və yayılmış həyəcan, o cümlədən uzunmüddətli müalicə.
Aqarafobiya ilə və ya onsuz panik tutmalar, o cümlədən uzunmüddətli müalicə.
Depressiya tutmalarının residivlərinin və ya depressiyanın yeni epizodlarının profilaktikası üçün.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- MAO-nun inhibitorları ilə eyni vaxtda istifadə, belə ki, ajitasiya, əsmə və hipertermiya kimi simptomlarla serotonin sindromu riski vardır. Venlafaksinlə müalicəyə MAO inhibitorları ilə müalicə bitdikdən 14 gün sonra başlamaq lazımdır. Venlafaksinlə müalicəni, MAO inhibitorları ilə müalicəyə başlamazdan ən azı 7 gün əvvəl dayandırmaq lazımdır;
- Ağır qaraciyər və ya böyrək çatışmazlığı;
- Hamiləlik və laktasiya dövrü;
- Uşaqlar və 18 yaşa qədər yeniyetmələr.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir.
Preparatı yemək vaxtı və hər gün eyni vaxtda qəbul etmək məsləhət görülür. Tabletləri bütöv şəkildə, kifayət qədər maye ilə qəbul etmək lazımdır.
Böyüklər
Adi başlanğıc doza 75 mq təşkil edir. Sutkalıq doza 2 birdəfəlik dozaya bölünür. Ehtiyac olduqda, 2 həftədən sonra dozanı 2-3 qəbula bölməklə 150 mq-a qədər artırmaq olar. Terapevtik effektdən asılı olaraq, dozanı sonradan 225 mq-a qədər artırıla bilər. Adətən doza hər 4 gündən bir 75 mq artırmaq olar.
Stasionar şəraitlərdə ağır xəstəliklər zamanı başlanğıc gündəlik doza 150 mq təşkil edir, ehtiyac olduqda, doza tədricən maksimal gündəlik dozaya 375 mq-a qədər artırılır.
Terapevtik effekt əldə edildikdən sonra həkim tədricən dozanı azaldır.
Yaşlı pasiyentlərdə dozanın korreksiyası tələb edilmir. Müalicəni ehtiyatla aparmaq lazımdır. Hər zaman dozanın artırılmasına ehtiyac olduqda, ən aşağı effektiv dozanı seçmək və pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır.
Uşaqlar və 18 yaşdan aşağı yeniyetmələrdə venlafaksinin istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat olmadığı üçün preparatın qəbulu əks göstərişdir.
Rəylər (0)