İstifadəsinə göstərişlər:
Vefoksan fosfomisinə həssas olan ştammların törətdikləri sidik yollarının kəskin və ağırlaşmamış iltihablarının müalicəsi və profilaktikası üçün istifadə edilir.
Kəskin bakterial sistit, residivləşən sistit, kəskin bakterial interstisial sistit, bakterial qeyri-spesifik uretrit;
Cərrahi əməliyyatdan sonrakı urinar infeksiyalar;
Cərrahiyyədə sidik kisəsi traktının infeksiyalarının profilaktikası və transuretral diaqnostik cərrahi əməliyyatlar zamanı urinar iltihabları.
Əks göstərişləri:
- Fosfomisinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq olduqda;
- Kəskin böyrək çatışmazlığı olan xəstələrə;
- Sidik ifrazında çətinliklər olduqda;
- Hemodializ altında olan xəstələrə;
- 12 yaşdan kiçik uşaqlara istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyüklər və yeniyetmələr:
Gündə 1 dəfə 1 saşe.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu dərman vasitəsi yalnız mütləq göstəriş olduğu təqdirdə və müalicə həkiminin birbaşa nəzarəti altında hamilə qadınlar və süd verən analar tərəfindən istifadə edilə bilər.
Rəylər (0)