İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının infeksiyaları: uşaqlarda və böyüklərdə faringit, tonzillit, sinusit, skarlatina; uşaqlarda orta otit.
Aşağı tənəffüs yollarının infeksiyaları: böyüklərdə kəskin bronxit, xroniki bronxiti kəskin şiddətlənməsi və oral yolla müalicəsi uyğun olan pasiyentlərdə pnevmoniya Sidik yollarının infeksiyaları: uşaqlarda və böyüklərdə kəskin və xroniki piyelit, sistopiyelit, sistit, uretrit.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Hamiləlik
İstifadə qaydası və dozası:
Digər peroral antibiotiklər kimi Vebuten müalicə müddəti 5-10 gün davam edir.Streptococcus pyogenes tərəfindən törədilmiş infeksiyalar zamanı Vebuten terapevtik dozada heç olmasa 10 gün qəbul olunmalıdır. Böyüklər üçün tətbiq olunan doza 400 mg/gün. Tablet yeməkdən asılı olmayaraq qəbul oluna bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı preparatın təyini zamanı ana üçün fayda və dölə olan risk faktoru nisbətini ölçmək lazımdır.
Seftibuten ana südünə ifraz olunmur və laktasiya dövründə istifadə oluna bilər.
Rəylər (0)