hər blisterdə 10 tablet olur və 3 blister bir karton qutuda yerləşdirilir
İstifadəsinə göstərişlər:
miokard infarktı,işemik insult və ya periferik arteriyaların diaqnoz olunmuş okklyuzion xəstəliyində meydana çıxan aterotrombotik vəziyyətlərin profilaktikası;
Kəskin kronar sindromu olan xəstələrdə aterotrombotik vəziyyətlərin qarşısının alınması
ST seqmentinin qalxması ilə müşahidə olunmayan kəskin koronar sindrom,həmçinin dəridən keçib gedən koronar stendləşdirmə əməliyyatı aparılan xəstələr də daxil olmaqla;
ST seqmentinin qalxması ilə müşahidə olunan(kəskin miokard infarktı)medikamentoz müalicə və trombolizisin aparılmasının mümkünlüyü zamanı kəskin koronar sindrom.
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- Ağır qaraciyər çatışmazlığı;
- Kəskin qanaxma,məsələn,peptik xoradan qanaxma və ya kəllədaxili qansızma;
- Qalaktozaya nadir irsi dözümsüzlük,laktaza defisiti və qlükoza-qalaktoza malabsorbsiya sindromu;
- Hamiləlik ;
- Laktasiya dövrü(ana südü ilə qidalanma);
- 18 yaşa qədər olan uşaqlar.
İstifadə qaydası və dozası:
böyüklərə və yaşlı xəstələrə təyin olunur.
Preparat qida qəbulundan asılı olmayaraq hər gün eyni vaxtda daxilə qəbul edilir.
Miokard infarktı,işemik insult və ya periferik arteriyaların diaqnoz olunmuş okklyuzion xəstəliyi:75 mq dozadan sutkada 1 dəfə təyin olunur.
Miokard infarktından sonra müalicə ilk gündən başlayıb 35 –ci günə qədər;işemik insultda 7- ci gündən 6 aya qədər davam etdirilir.
ST seqmentinin qalxması ilə müşahidə olunmayan kəskin koronar sindrom:300 mq yükləmə dozası ilə başlamaq ,sonra isə 75 mq-dan gündə 1 dəfə olmaqla davam eletdirmək lazımdır.
Saxlanma şəraiti:
+30 °C-dən yüksək olmayan temperaturda ,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır
Təsiredici maddələr:hər örtüklü tabletin tərkibində 75 mq klopidoqrelə ekvivalent olan 111.86 mq klopidoqrel-bezilat vardır.
Köməkçi maddələr:jelatinləşdirilmiş nişasta,mikrokristallik sellüloza,krospovidon,kolloidal silisium 4-oksid,stearin turşusu.
Örtük:laktoza monohidrat,hidroksipropilmetilsellüloza/hipromelloza(E464),titan 4-oksid,triasetin,qırmızı dəmir oksidi,karnaub mumu.
Rəylər (0)